06 - 02 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Gündəm

Kriminal avtoritet, milyoncu Bakıda hakim qarşısına çıxarılacaq

Yanvar 3, 2025
Gündəm, Siyasət
A A

Yeni il tətilindən sonra kriminal keçmişi ilə tanınan, adı “Forbes”in milyonçular siyahısında yer almış Oleq Andreyeviç Krapivin
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılacaq.

Avropa .info xəbər verir ki, kriminal aləmdə “Oleq Bakinski” kimi tanınan Oleq Krapivinlə müttəhimlər kürsüsünü Kostin Antonovıç Kuçer bölüşəcək.

Oleq Bakinski” həbsdə qaldı

Cinayət dosyesi hakim Kamran Muxtarovun sədrliyi ilə araşdırılacaq. “Oleq Bakinski” və suç ortağı külli miqdarda dələduzluqda ittiham olunurlar.

“Oleq Bakinski” kriminal keçmişi olan milyonçu, həm də tanınan idmançıdır. 14 qat Azərbaycan çempionu olan “Oleq Bakinski” Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları tərəfindən Bakıda həbs edilib.

1960-cı il sentyabrın 29-da Şamaxı rayonunun Şəhriyar qəsəbəsində anadan olub. 1966-cı ildə ailəsi ilə birlikdə Bakıya köçüb. İlk təhsilini Sabunçu qəsəbəsi 68 saylı orta məktəbdə alsa da, sonra təhsilini Bakıxanov qəsəbəsində yerləşən idman təmayüllü internat məktəbində davam etdirib. 2007-ci ildə Türkiyənin İstanbul şəhərində veteranlar arasında keçirilən yarışda sərbəst güləş üzrə dünya çempionu adını qazanıb.

Azərbaycanda həbsdə olan “Oleq Bakinski”nin istintaqı başa çatdı ...

Adı Bakı ilə bağlı olsa da, o, 1989-cu ildən Kiyev şəhərində yaşayıb. Lakin son illər Ukraynaya girişi qadağan edildiyinə görə, Bakıya köçmüşdü. Ukraynada tanınmış iş adamdır. Xüsusən Kiyevdə çoxsaylı ticarət mərkəzlərinin sahibidir. O, Ukraynada Azərbaycan diasporunun liderlərindən sayılırdı. Ukrayna Azərbaycanlıları Konqresinin Kiyev şəhər təşkilatının sədri olub.

“Forbes”in məlumatına görə, Ukraynanın 100 ən varlı adamı siyahısında 84 milyon dollar varidatla 98-ci yerdə olub. 30 ilə yaxın Ukraynada yaşadığı dövrdə, o Kiyevdə “Bakines” adlı güləş klubu yaradıb. Azərbaycanla sıx əlaqələrinə görə Şamaxıda güləş məktəbi açıb. Elə Şamaxıda onun şərəfinə güləş turniri də keçirilib.

Son illər Ukraynaya girişi qadağan edilmişdi və Bakıda yaşayırdı. “Oleq Bakinski” milliyətcə rus olsa da, özünü həmişə azərbaycanlı hesab edib. Müsahibələrində toyunu belə, Azərbaycan adət-ənənələrinə uyğun keçirdiyini açıqlayıb.

oleq-krapivin-azerbaycan-ordusuna-20-min-dollar-yardim-etdi

“Uşaqlığımın ən gözəl illəri həm də Sabunçu ilə bağlıdır. Böyüdüyüm məhəllənin küçələri, tinləri, insanları hələ də gözümün önündə canlanır. Güləşə olan marağım isə məni bu idman növü ilə daha peşəkar şəkildə məşğul olmağa vadar etdi. Buna görə də oxuduğum 68 nömrəli məktəbdə təhsilimi yarımçıq qoyub, “Razin”dəki idman təmayüllü internat məktəbinə getdim. Beləcə, həyatımın ayrılmaz hissəsi olan güləşçi karyeram başladı” deyə müsahibələrindən birində “Oleq Bakinski” qeyd etmişdi.
Özünün həbsindən 1 il əvvəl, 2023-cü ildə Bakıda Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində cinayətkar dəstənin üzvləri – Rail Cəbrayılov, Üzeyir Ağazadə (Zarinski) və Mirağa Əliyev saxlanılmışdı.
Həmin əməliyyatdan sonra Ukrayna mediası saxlanılan cinayətkar dəstənin üzvlərinin “Oleq Bakinski”nin dəstəsi olduğunu yazmışdı.

“Oleq Bakinski”nin kifayət qədər kriminal keçmişi var.

dfgdfgdfgfoleq.JPG (61 KB)

O, 90-cı illərdə Kiyevdə fəaliyyət göstərən “Avdışa” və “Juravli” mütəşəkkil cinayətkar qruplaşmaları ilə bağlı olduğu bildirilir.
Məsələn, onunla bağlı qalmaqallardan biri 2019-cu ildə tanınmış hüquq müdafiəçisi Eduard Bağırovun döyülməsi ilə bağlıdır. Bağırovu kafeyə görüşə dəvət edən Krapivin bir neçə tərəfdarı ilə birlikdə hüquq müdafiəçisini döyür, pasportunu alır və bir neçə saat saxlayır. Həmçinin onu, arvadını və övladlarını öldürməklə hədələyir.

2022-ci ilin əvvəllərində “Oleq Bakinski” Kiyevdə “Leksus LX 570” markalı avtomobilə atəş açır. Kriminal avtoritet “Leksus”un sürücüsünə xəbərdarlıq edərək, pul tələb etdiyi bildirilmişdi.

“Oleq Bakinski”nin adı çoxsaylı qəsb, adam oğurluğu, sifarişli qətllərdə hallanır. Bundan başqa, o, Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç rejiminə qulluq etməkdə və onun şəriki olmaqda ittiham olunur.

2022-ci il iyunun 26-da rəsmi Kiyev ona Ukraynada yaşamağı qadağan edir, yaşayış iznini ləğv edir, həmçinin onun hər hansı formada Ukrayna ərazisinə girişinə qadağa qoyur. Səbəb isə onun işğalçılarla əməkdaşlıq və şəriklik şübhəsi, Kadırovun Ukraynadakı quldur dəstələri ilə əlaqə və Zaporojye vilayətində humanitar yüklərin bir hissəsinin onlara ötürülməsi ehtimalı idi.

fdfdsgsfdgtsf.JPG (60 KB)

Bundan başqa, Ukrayna hüquq-mühafizə orqanlarının təqdimatı əsasında 27 yanvar 2023-cü ildə keçirilən məhkəmədə Oleq Krapivinin oğlu Sultanbəy haqda cinayət işi başlanıb, onun qanunsuz olaraq ölkəni tərk etdiyi üçün axtarışa verilib.

“Oleq Bakinski”nin cinayət işi üzrə Valeriy Nikolayeviç Zaxarenkov və 2 şirkət zərərçəkmiş hesab olunub. Bunlar “Avıazapçast” Açıq Səhimdar Cəmiyyəti və “Promışlennıye Postavki Kazaxstan” Məhdud Məsuliyyətli Cəmiyyətdir.

Oleq Krapivin 2024-cü ilin iyulun sonlarında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakıda həbs olunub.

Ona və suç ortağına qarşı Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ititham irəli sürülüb

Əvvəlki Yazı

Aktyor Azər Baxşəliyevin son durumu açıqlandı

Növbəti Yazı

Təyyarənin qalıqları hadisə yerindən çıxarılib

XƏBƏR LENTİ

Tarixi ədalətin bərpası prezident İlham Əliyevin qətiyyətli mövqeyi və siyasəti nəticəsində mümkün oldu

Tarixi ədalətin bərpası prezident İlham Əliyevin qətiyyətli mövqeyi və siyasəti nəticəsində mümkün oldu

05 Fevral 2026 / 23:04
23
İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir – Gənclərin nəzərinə

İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir – Gənclərin nəzərinə

03 Fevral 2026 / 14:06
7
Respublika Uşaq Kitabxanasında  “Sağlam Gənclik – Güclü Gələcək” adlı tədbir keçirilib-Fotolar

Respublika Uşaq Kitabxanasında “Sağlam Gənclik – Güclü Gələcək” adlı tədbir keçirilib-Fotolar

02 Fevral 2026 / 20:20
93
“Zal qızı Zalxa” tamaşasının premyerası alqışlarla qarşılandı – FOTOLAR

“Zal qızı Zalxa” tamaşasının premyerası alqışlarla qarşılandı – FOTOLAR

01 Fevral 2026 / 17:04
15
Gənclər Gününə həsr olunmuş yaradıcılıq sərgisi keçirilib – FOTOLAR

Gənclər Gününə həsr olunmuş yaradıcılıq sərgisi keçirilib – FOTOLAR

01 Fevral 2026 / 16:54
30
Sağlamlığınız təhlükədədir: Bu məhsullar sizi ölümə aparır

Sağlamlığınız təhlükədədir: Bu məhsullar sizi ölümə aparır

30 Yanvar 2026 / 18:44
7
Paşinyan niyə “Türkiyə agenti” elan olundu: Ermənistan “Rusiyanın düşmənləri” sirasına yerləşir

Paşinyan niyə “Türkiyə agenti” elan olundu: Ermənistan “Rusiyanın düşmənləri” sirasına yerləşir

30 Yanvar 2026 / 18:26
6
İranın təhdid ritorikası: Azərbaycan niyə ön plandadır? – ŞƏRH

İranın təhdid ritorikası: Azərbaycan niyə ön plandadır? – ŞƏRH

30 Yanvar 2026 / 18:23
7
Bu şəxslər əsgərliyə gedəndə 3 500 manat alacaq

Bu şəxslər əsgərliyə gedəndə 3 500 manat alacaq

30 Yanvar 2026 / 17:46
8
Prezident səfiri geri çağırdı – FOTO

Prezident sərəncam imzaladı – Bu gənclər mükafatlandırıldı – ADLAR

30 Yanvar 2026 / 16:29
6
Azərbaycan dünyada idman ölkəsi kimi tanınmaqdadır

2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı təsdiqləndi

30 Yanvar 2026 / 16:26
3
“Qarabağ”ın rəqibi müəyyənləşdi

“Qarabağ”ın rəqibi müəyyənləşdi

30 Yanvar 2026 / 15:25
3
Onlara pulsuz mənzil veriləcək – Sadəcə bu sənədlər lazımdır

Bu il Bakıda mənzillərin qiyməti bahalaşacaq? – AÇIQLAMA

30 Yanvar 2026 / 15:12
4
“Nar” və Dövlət Məşğulluq Agentliyi Anlaşma Memorandumu imzaladı

“Nar” və Dövlət Məşğulluq Agentliyi Anlaşma Memorandumu imzaladı

30 Yanvar 2026 / 14:16
4
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır

Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır

30 Yanvar 2026 / 14:04
6
Nəsimi Nəbizadənin qaçdığı Reabilitasiya Mərkəzinin rəhbəri TUTULDU – YENİLƏNİB

Nəsimi Nəbizadənin qaçdığı Reabilitasiya Mərkəzinin rəhbəri TUTULDU – YENİLƏNİB

30 Yanvar 2026 / 12:55
2
Konstitusiya Məhkəməsi pensiya stajı ilə bağlı QƏRAR VERDİ

Konstitusiya Məhkəməsi pensiya stajı ilə bağlı QƏRAR VERDİ

30 Yanvar 2026 / 11:58
4
Kitab Bağışlama Günü münasibətilə “Bir kitapb, bir sevgi” adlı kitab bağışlama aksiyasına start verilir

Kitab Bağışlama Günü münasibətilə “Bir kitapb, bir sevgi” adlı kitab bağışlama aksiyasına start verilir

28 Yanvar 2026 / 14:51
39
Qubadlı rayonunun icra başçısının ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi – FOTOLAR

Qubadlı rayonunun icra başçısının ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi – FOTOLAR

27 Yanvar 2026 / 19:31
9
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!

Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!

27 Yanvar 2026 / 19:21
6
“Nar” hər kəs üçün bərabər xidmət mühitini gücləndirir

“Nar” hər kəs üçün bərabər xidmət mühitini gücləndirir

26 Yanvar 2026 / 17:39
4
“Yeni Üfüq”: gənclər üçün bərabər imkanlar və dayanıqlı gələcək

“Yeni Üfüq”: gənclər üçün bərabər imkanlar və dayanıqlı gələcək

24 Yanvar 2026 / 14:17
49
“Qanla Yazılan Tarix: 20 Yanvar”

“Qanla Yazılan Tarix: 20 Yanvar”

17 Yanvar 2026 / 20:51
43
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir

Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir

16 Yanvar 2026 / 19:11
9
Ehtiram Mehtiyev: “Prezident İlham Əliyev bu müzakirələrdə qalib lider, regional təhlükəsizliyin təminatçısıdir”

Vaxt gələcək Ermənistan hökuməti Azərbaycan xalqından üzr istəyəcək – Ehtiram Mehtiyev

16 Yanvar 2026 / 16:57
145
Təhsil, yaddaş və şəxsiyyət: Fazil Abasquluzadə nümunəsində Şurnuxu məktəbi

Təhsil, yaddaş və şəxsiyyət: Fazil Abasquluzadə nümunəsində Şurnuxu məktəbi

16 Yanvar 2026 / 16:00
55
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib – FOTO

Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib – FOTO

15 Yanvar 2026 / 20:15
8
Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

13 Yanvar 2026 / 21:06
12
“Uğurlarımızla 2026-ya” Mükafatları təqdim edildi

“Uğurlarımızla 2026-ya” Mükafatları təqdim edildi

13 Yanvar 2026 / 20:38
43
Kitab və oxu mövzusunda maarifləndirici görüş keçirilib- Fotolar

Kitab və oxu mövzusunda maarifləndirici görüş keçirilib- Fotolar

12 Yanvar 2026 / 22:36
35
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.