728 x 90

Dahi Məhəmməd Əlinin unudulmayacaq 21 sözü – Fotolar

Dahi Məhəmməd Əlinin unudulmayacaq 21 sözü – Fotolar

Əfsanəvi  boksçu Məhəmməd Əli tarixdə təkcə idman uğurları ilə deyil, həm də müdrik aforizmləri ilə tarixin yaddaşında qalıb.

Avropa.info saytı dahi Məhəmməd Əliyə məxsus aforizmləri təqdim edir:

1.İdmanda uğur qazanmaq çalışmaqdan çox, istəməklə olur.

2.Ağlım qavraya bilirsə, qəlbim inanırsa, bacara bilərəm.

3.Çempionlar salonlardan çıxmaz. Çempionlar daxilində ehtiras, xəyal və məqsədi olan insanlardan çıxar.

4.O qədər sürətliyəm ki, dünən düyməyə basdım, işıq sönmədən yataqda idim.

5.Başqalarına xidmət etmək bu dünyada ödədiyiniz otaq kirayəsidir.

6.Kəpənək kimi uçub, arı kimi sancaram.

7.Kaş ki, insanlar hər kəsi məni sevdikləri kimi sevsəydilər. Dünya daha gözəl bir yer olardı.

8.50 yaşına gəlib həyatı 20 yaşında olduğu kimi görən birisi deməli, 30 ilini xarab etmişdir.

9.Risk alacaq qədər cəsur olmayan kimsə həyatda heç bir şey bacarmaz.

10.Bu sadəcə peşədir. Otlar bitər, quşlar uçar, dalğa sahilə vurur. Mən isə insanları döyərəm.

11.Mənim kimi böyük oldunuzsa, alçaq könüllü olmaq çətindir.

12.Ağlınıza yaxşı bir cavab gəlmirsə, susmaq qızıldır.

13.Bütün dövrlərin ən yaxşısıyam.

14.İki zəncinin döyüşünə çoxlu sayda ağ adamın tamaşa etməsinə boks deyilir.

15.(Prokuror ona həbs istəyəndə) Hökumət doğru saydığı şeyi etdi, mən də.

16.İngiliscəni mükəmməl danışmıram, amma sizə ağıl öyrədirəm.

17.Xəyallarınızı gerçəkləşdirməyin ən yaxşı yolu oyanmaqdır.

18.Bir həyatımız var, yaxında keçmişdə qalacaq. Yalnız Allah üçün etdiklərimiz sonsuzadək qalacaq.

19.Böyük çempion olmaq üçün ən yaxşı olduğuna inanmalısan. Elə olmasan belə o cür davranmalısan.

20.Səni yoran qarşındakı dırmanmalı olduğun dağlar deyil, ayaqqabının içindəki çınqıl daşıdır.

21.Bir çox zəncinin başı dərddədir. Amma onlar azad olmadıqca, mən də azad ola bilmərəm.


Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər