728 x 90

Səddam Hüseynin istintaqını aparan Mərkəzi Kəşfiyyat İdarəsi agentindən şok etiraf : “Səddam mənə “İraqı idarə edə bilməyəcəksiniz” dedi və haqlı çıxdı”

Səddam Hüseynin istintaqını aparan Mərkəzi Kəşfiyyat İdarəsi agentindən şok etiraf : “Səddam mənə “İraqı idarə edə bilməyəcəksiniz” dedi və haqlı çıxdı”

2003 ABŞ-ın müdaxiləsi nəticəsində ələ keçirilən İraq prezidentinin MKİ tərəfindən sorğu-suala çəkilməsi kitab şəklində çap edilib.

Avropa.info xəbər verir ki, Səddamın istintaqını aparan MKİ agenti Con Nikson “Prezidentin istintaqı: Səddam Hüseynin sorğu-sualı” (Debriefing The President: The Interrogation Of Saddam Hussein) kitabında İraqın devrilmiş prezidenti ilə o dövrdə apardığı müsahibələri yazıb.

Səddamın ona tam fərqli şeylər danışdığını iddia edən Nikson “Onu dinləyəndə bu vəziyyətə olduqca təəccübləndim” deyib. Yazdığı kitabda tarixin Səddamı haqlı çıxardığını müdafiə edən Con Nikson Səddam Hüseynin həbs olunduqdan az müddət sonra ona “İraqı idarə edə bilməyəcəksiniz. Uğursuzluğa məruz qalacaqsınız, çünki İraqı tanımırsız. Dilini, insanını, tarixini və mədəniyyətini bilmirsiniz. Çox yaxın zamanda İraqı idarə etməyin nə qədər çətin olduğunu siz də anlayacaqsınız” – dediyini yazıb.

Sabiq MKİ agenti Nikson işğaldan əvvəl ABŞ-ın ortaya atdığı iddiaların Səddam Hüseyn tərəfindən qəti bir şəkildə rədd edildiyini deyib. 2003-cü ildə həbs olunan Səddam Niksona İraqın iqlim şərtləri ilə insanlarının davranışları arasında bir bağlılıq olduğunu və 2004-cü ilin yayına yaxın ölkədə çaxnaşmaların başlayacağını qeyd edib. Tarix bir daha Səddamı haqlı çıxarıb. 2004-cü ilin aprel ayında ABŞ rəhbərliyində fəaliyyət göstərən koalisiya qüvvələri ilə “Əl Qaidə”, Mehdi partiyası və Baas partiyası tərəfdarları arasında atışmalar başladı. Atışmalarda 324 nəfər sünni və şiə ölərkən, koalisiya qüvvələrinin itkisi 383 nəfər oldu. Nikson Səddamın “İraq hökuməti ilə “Əl-Qaidə”nin bağlılığı var” iddiasını rədd etdiyini, 11 sentyabr hücumlarına heç bir formada dəstək vermədiyini kitabında göstərib.

Niksona görə, Səddam 11 sentyabr hücumlarını ABŞ və İraq münasibətləri çərçivəsində yeni bir səhifə olaraq görürdü. Səddam 2001-ci ildə baş verən hücumdan sonra ABŞ hakimiyyətinin fundamentalizmə qarşı apardığı müharibədə Yaxın Şərqdə sekulyar bir hakimiyyət olaraq daha çox güvənə biləcəyi adamın özü olduğunu deyib. İraqın kimyəvi silaha malik olmadığını bildirən Səddam Hüseyn amerikan xalqının cahil olduğunu və İraqın sonunu gətirəcəklərini bildirib.

Nikson kitabında yazır ki, Səddam İraqda kimyəvi silah işlətməyəcəyi barədə danışarkən Halepçe qətliamı haqqında sual verildikdə  əsəbi halda cavab verib: “Sizdən də, prezidentinizdən də qorxmuram. Ölkəmi qorumaq üçün nə lazımdırsa onu da edərəm. O qərarı mən vermədim” – deyib.

Qeyd edək ki, 2003-cü ildə həbs olunan Səddam Hüseyn Amerikanın təyin etdiyi keçid hökuməti tərəfindən mühakimə edilmiş və 1982-ci ildə 148 şiənin öldürülməsindən günahkar bilinərək 5 noyabr 2006-cı ildə edama məhkum edilib. Səddam Hüseyn 30 dekabr 2006-cı ildə asılaraq edam edildi.


Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər