728 x 90

İşğaldan azad olunmuş ərazilərimizdən yeni görüntülər – Fotolar

İşğaldan azad olunmuş ərazilərimizdən yeni görüntülər – Fotolar

20 ildən çoxdur ki, erməni işğalında olan Füzuli rayonunun Çocuqmərcanlı kəndi ərazisində yerləşən Lələ Təpə zirvəsi 2015-ci ilin aprel ayında azad olundu.

Ötən il aprelin 2-dən 5-dək davam edən döyüşlərdə işğaldakı ərazilərimizin bir qismi düşməndən təmizləndi.
Azərbaycan ordusu əməliyyatları 2 istiqamətdə apardı. Bunlar Tərtər-Ağdam-Ağdərə və cənubda Xocavənd-Füzuli-Cəbrayıl istiqamətləri idi.
Hər iki zonada ordumuzun uğurlu əks-həmlə əməliyyatları zamanı bir neçə kəndi Silahlı Qüvvələrimizin nəzarətinə keçdi. Bununla da mövqelərimiz Ağdərə, Xocavənd rayonlarına və Sərsəng su anbarına yaxınlaşdı. Lələtəpə yüksəkliyində indi Azərbaycan əsgəri durur.
Horadiz istiqamətində də düşməni bir neçə kilometr ərazidə geri otuzduran ordumuz strateji əhəmiyyətə malik mövqelərə yiyələndi. İndi Cəbrayıl rayonunun Cocuq Mərcanlı və Mehdili kəndi yaxınlığındakı mövqelər Azərbaycan ordusunun nəzarətindədir.
Avropa.info işğaldan azad edilən strateji Lələtəpə yüksəkliyinə ən yaxın kənddən və Horadizdən Baku.ws-in çəkdiyi görüntüləri təqdim edir:
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər