728 x 90

Azərbaycan silah bazarının ən yüksək ödəmə qabiliyyətli müştərisidir – Rusiya mətbuatı

Azərbaycan silah bazarının ən yüksək ödəmə qabiliyyətli müştərisidir – Rusiya mətbuatı

Rusiyanın hərbi təyinatlı məhsul ixracatı keçən onillikdə qızğın inkişafdan sonra ildə 14-15 milyard dollar həddində qərarlaşıb.

Avropa.info xəbər verir ki, bu barədə Rusiyanın lenta.ru saytı yazır. Rusların silah ixracatının 12-13 milyardı “Rosoboroneksport”un payına düşüb. Qalan pul isə satılan ehtiyat hissələr və 2007-ci ildən imzalanan müqavilələrin üzərinə düşür.

Rus nəşri bildirir ki, keçmiş SSRİ məkanında Rusiya silah bazarının ən yüksək ödəmə qabiliyyətli müştərisi Azərbaycan olub və 2016-cı ildə elə olaraq qalır.

“2010-cu ilin əvvəlindən başlayaraq Bakı nəhəng miqdarda Rusiya silahı alıb. Lakin hal-hazırda silah tədarükü artıq yekunlaşıb. Neft qiymətlərinin düşməsini və Moskvanın Qarabağdakı güc balansı maraqlarını nəzərə alanda bu miqyasda yeni müqavilələr az ehtimal olunur”.


Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər