Nəqliyyatın sıx olduğu yollara yaxın yaşayanlar ağıllarını itirə bilərlər

Nəqliyyatın sıx olduğu yollara yaxın yaşayanlar ağıllarını itirə bilərlər

Nəqliyyatın sıx olduğu yollara yaxın yaşayan insanlarda ağıl zəifliyi (ağlın itirilməsi, ağılsızlıq) xəstəliyinə tutulma riski digərləri ilə müqayisədə daha çoxdur.

Kanadanın Ontario əyalətində alimlərin apardığı araşdırmalar nəticəsində əsas yollara yaxın ərazilərdə yaşamaqla ağlın itirilməsi, parkinson, multiplets skleroz xəstəlikləri arasında bağlantı müəyyən olunub. Həmçinin müəyyən edilib ki, nəqliyyatın sıx hərəkətdə olduğu yollara 50 metr məsafədə yaşayanların ağlın zəifləməsi xəstəliyinə tutulma riski 300 metr məsafədə yaşayanlardan 7 dəfə çoxdur.

Ontario əyalətində 2001-2012-ci illərdə 243 611 nəfərdə ağlın itirilməsi, 31577 nəfərdə parkinson və 9 247 nəfərdə isə multiplets skleroz xəstəliyi qeydə alınıb.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, dünyada ağlın zəifləməsi sindromdan əziyyət çəkənlərin sayı 35,6 milyondur. Bu rəqəm 2030-cu ildə 65,7 milyona, 2050-ci ildə isə 115,4 milyona çatması gözlənilir.

Report
Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər