728 x 90

Zərdabda unun qiyməti süni şəkildə qaldırıldı – Sakinlər şikayət edir

Zərdabda unun qiyməti süni şəkildə qaldırıldı – Sakinlər şikayət edir

Bir qrup Zərdab rayon sakini tərəfindən redaksiyamıza unun qiymətinin süni şəkildə qaldırılması ilə bağlı şikayət daxil olub.

Avropa.info xəbər verir ki, sakinlər bir həftə bundan əvvəl unun bir kisəsi üçün müəyyən edilən qiymətin süni şəkildə yerli işbazlar tərəfindən artırılmasından gileylənir.

Onların sözlərinə görə bir həftə öncə 50 kiloqramlıq bir kisə unu 25 manata alırdılarsa hazırda nu unun mağazalardakı satış qiyməti 26 manat təşkil edir.

Mağaza sahibləri isə unun qiymətinin onlar tərəfindən deyil istehsalçı tərəfindən qaldırıldığını, məhsulu aldıqları topdan qiymətdə artım olduğunu deyirlər.

Unun qiymətinin qaldırılması ilə bağlı aidiyyatı qurumlar tərəfindən rəsmi olaraq heç bir açıqlama verilmədiyini nəzərə alsaq bu zaman qiymət artımının yerli sahibkarlar tərəfindən süni şəkildə aparıldığı məlum olar.

Zərdab rayon sakinləri müvafiq dövlət qurumlarının məsələyə müdaxilə etməsini, yaradılmış bu süni qiymət artımının aradan qaldırılmasını istəyir.

 


Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər