Müsəlman arzusu: Həcc və Ümrə ziyarəti – Ruslan Bəşirli Məkkədən yazır – Fotolar

Müsəlman arzusu: Həcc və Ümrə ziyarəti – Ruslan Bəşirli Məkkədən yazır – Fotolar

Yanvarın 9-u Peyğəmbər şəhəri adlandırılan Mədinədə son günümüz oldu. Ayın 10- u səhər saatlarında Mədinədən Məkkəyə yola düşdük. Səudiyyə Ərəbistanı hökumətinin dəvəti və təşkilatçılığı ilə həyata keçrilən ümrə ziyarətində ondan çox Afrika ölkəsindən olan müsəlmanlar və Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Özbəkistandan gedən zəvvarlar iştirak edirdi. Qeyd edək ki, Səudiyyə Ərəbistanı hökuməti artıq 3 ildir ki, öz hesabına dünyanın müxtəlif ölkələrindən müsəlmanları ümrə ziyarətinə dəvət edir.

Mədinədə oteldə ehram geyinərək Məkkəyə yola düşdük. Mədinə ilə Məkkənin arası 500 kilomterlik bir məsafədir. Lakin təşkilatçılar səfəri daha dolğun  şəkildə həyata keçirmək üçün avtobuslar yolboyu tez-tez saxlanılır, zəvvarlara gördükləri yerlər haqqında məlumat verilirdi. Ümumiyyətlə Səudiyyə Ərəbistanı ərazisinin mühüm bir hissəsini çılpaq dağlar və səhralıq əhatə etsə də, həmin bu səhralıqda mühüm tikinti işləri aparılır. Hazırda Mədinə və Məkkə arasındakı yolu da əhatə etməklə ölkədə yeni dəmiryolu çəkilişi tamamlanıb. Yaxın vaxtlarda bu dəmiryolu istifadəyə veriləcək. Səudiyyənin yollarını əsl alman keyfiyyəti adlandırmaq mümkündür. Təkcə, Məkkə və Mədinə kimi böyük şəhərlərin yolları deyil, eyni zamanda magistral yollar da göz oxşayır. Yolüstü rast gəldiyimiz şəhər və qəsəbələrdə tikinti işləri aparıldığını gördük. Ümumiyyətlə Səudiyyə Ərəbistanı dünyanın ən çox neft ixrac edən ölkəsi olsa da, neftin qiymətlərinin dünya bazarında düşməsi bu ölkənin də iqtisadiyyatına müəyyən mənada mənfi təsir etməsinə baxmayaraq Riyad hökuməti mühüm layihələrini dayandırmayıb. Xüsusilə də bina tikintisini. Bu haqda az sonra daha ətraflı yazacağıq.

Axşam saatlarında Məkkəyə çatdıq. Açığı mən həyatımda ilk dəfə gördüyüm Məkkə şəhərini bu şəkildə təsəvvür etmirdim. İslamiyyətin əsas şəhəri olan, hər il milyonlarla müsəlmanın ziyarət etdiyi Kəbənin yerləşdiyi bu şəhər sanki, 7 əsr və daha sonrakı dövrlərin  İslam sivlizasiyasi ilə müasir dünya mədəniyyətinin sintezini təşkil edir. Şəhərin girəcəyi və içərilərində çoxlu sayda İslamın ilk və sonrakı illərinə aid məscidlər mövcuddur.

65fcfcbe-bf6c-425c-aa5a-0cb929e2f6c9

0c35aa8e-105f-409f-8c4d-aac7f136354b

b4345f0d-2114-4b27-88c0-8d9047fcd712

f64aa796-79ae-43d7-ac84-d66aaf0115e8

Bununla yanaşı Məkkənin hər tərəfi göydələnlərlə doludur. Məkkənin hər yerində tiknti işləri aparılır desək, yanılmarıq. Dağlıq əraziyə məxsus olan bu şəhərdə yeni göydələnlər inşa olunur. Məkkədə dünyanın ən hündür saat qülləsi yerləşir.

864632dc-0843-4764-a0c8-479ad755719f

Məscidun Həramın yaxınlığında yerləşən “Kral Saat Qülləsi” 662 metrdir. Bu Londondakı “Biq-Ben” saat qülləsindən 6 dəfə böyükdür. “Kral Saat Qülləsi”  “Abrac əl-Beyt qüllələri” adlı otel kompleksindəki qüllələrdən birinin başına yerləşdirilib. Saatın üst hissəsində isə hilal (aypara) yerləşdirilib.

Ümumiyyətlə Məscidu`l-Həramın və Kəbə Evinin ətrafında  50-60-70 və daha çox mərtəbəli göydələnlər inşa edilir. Bundan başqa Məscidu`l-Həram da genişləndirilir. Hazırda məscidin yeni bölmələrinin istifadəyə verilməsinə hazırlıq gedir. Bununla belə tikinti yenə də davam edir.

Məkkədə dünyanın ən məşhur otellərinin yerli bölmələri mövcuddur. Burada “Hilton”, “Mariot” kimi məşhur otel brendləri fəaliyyət göstərir.

Məkkədə qalacağımız oteldə şam etdikdən sonra, Ümrə ziyarətinə başladıq. Məscidu`l-Həramın ərazisinə daxil olduğumuz zaman hər birimiz heyrətdən donub qalmışdıq. Belə bir gözəlliyi yalnız Mədinədə, Məscidu`n-Nəbəvidə görmüşdük.

b6ff9540-d117-48a4-b68d-16eb409f879d

d3828fde-e8f9-4fca-a2fb-5ab2cefb487f

Məscidu`l-Həramda məğrib və işa namazlarını qıldıqdan sonra, ümrə ziyarətimizə davam etdik. Artıq Məscidu`l-Həramın içərilərinə doğru hərəkət etdikcə uzaqdan Kəbə Evini gördüm. Həmin an keçirdiyim hisləri yazıda ifadə etməyə çətinlik çəkirəm. Bu mənim ən böyük arzularımdan biri idi və Allah (c.c) özümün də gözləmədiyim bir anda bu istəyimi həyata keçirdi.

Kəbə Evinin ətrafında 7 dəfə təvaf etdik. Onu da qeyd edim ki, ümrə ziyarətinin bu hissəsində zəvvarları qruplara bölmüşdülər. Bizim qrupa rus dilini bilən, Mədinə İslam Universitetinin aspirantı Abbas Əmir təyin edilmişdi. Bu sakit, mülayim, İslamı insanlara sevdirməyi bacaran insan,  ziyarət zamanı zəvvarları ümrə ziyarətinə heç bir aidiyyatı olmayan xurafatlardan çəkindirirdi.

dc71a68e-1fca-425b-9c53-575748fe73a2

Təvafdan sonra, 7 dəfə Səfa və Mərva təpələri arasındakı məsafəni qət etdik, qaçılması lazım olan ərazidə qaçdıq. Hər dəfə məsafəni qət etdikdən sonra, edilməsi lazım olan duanı uca səslə oxuyurduq. Burada məşhur Zəm-Zəm suyundan da içdik. Ümumiyyətlə həm Mədinədə Məscidu`n-Nəbəvidə , həm də Məkkədə Məscidu`l-Həramda demək olar ki, çox yerlərdə zəvvarların içməsi üçün Zəm-Zəm suyu qoyulub.

f301ebc6-b2bf-4f59-8091-094b4ab675ca

Qeyd edək ki, Səfa və Mərva arasındakı məsafəni qət edərkən zəvvarların arasında Niger prezidentinin olduğu da məlum oldu.

Səfa və Mərva arasındakı məsafəni 7 dəfə qət etdikdən və dualarımızı oxuduqdan sonra, saçlarımızı kəsdirdik. Bununla da Ümrə ziyarəti bitdi. Allah (c.c) Həcc və Ümrə ziyarətlərini bütün müsəlmanlara nəsib etsin. Amin.

Ruslan Bəşirli  Məkkə/Bakı

Ardı var…

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər