728 x 90

Ermənilərdən daha bir alçaqlıq – Düşmən əsgərimizin meyitini qaytarmaq üçün siyasi şərt irəli sürməyə başladı

Ermənilərdən daha bir alçaqlıq – Düşmən əsgərimizin meyitini qaytarmaq üçün siyasi şərt irəli sürməyə başladı

Beynəlxalq Qırmızı Xaç Komitəsi erməni tərəfinə müraciət edərək dekabrın 29-da Ermənistanla sərhəddə baş vermiş toqquşmalar zamanı həlak olan və cəsədi düşmənin nəzarətindəki ərazidə qalan Azərbaycan əsgəri Çingiz Qurbanovun cəsədinin qaytarılmasını istəyib. 

Lakin erməni tərəfi bildirib ki, sərhəddə baş verənlərlə bağlı hansısa istintaq aparılır və bu səbəbdən cəsədin ekspertizası həyata keçirilir. Ekspertiza başa çatmadan cəsədin qaytarılmasından söhbət gedə bilməz.

Virtualaz.org xəbər verir ki, üstəlik erməni tərəfinin daha bir alçaqlığı ortaya çıxıb. “Aykakan jamanax” qəzetinin yazdığına görə, erməni tərəfi Beynəlxalq Qırmızı Xaç vasitəsilə çatdırıb ki, əgər Azərbaycan Ermənistan ərazisinə hücum faktını təsdiq edib “günahını boynuna alsa” əsgərin cəsədinin qaytarılması sürətlənəcək.

Bu, Ermənistan hakimiyyətinin beynəlxalq müharibə qanunlarını və insanlıq normalarını necə həyasızcasına tapdaladığını bir daha ortaya qoyur. Və belə vəziyyətdə düşmənlə onun başa düşdüyü dildə danışmaqdan başqa yol qalmır.


Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər