Dünya yeni savaşa hazırlanır: Anqlo-sakslarla ruslar arasındakı qarşıdurma bu iki dövləti gücləndirəcək (Bizim şərh)

Dünya yeni savaşa hazırlanır: Anqlo-sakslarla ruslar arasındakı qarşıdurma bu iki dövləti gücləndirəcək (Bizim şərh)

Rusiya dünyadakı proseslərə təsir imkanlarını artırmaq niyyətindədir. Kremlin iddiaları günü-gündən böyüməkdədir, lakin Moskva heç slavyan ölkələrində də rəğbətlə qarşılanmır. İki mühüm slavyan ölkəsinin – Rusiya və Ukraynanın qanlı toqquşmalarda iştirakı “bir millət, iki dövlət” konsepsiyasının iflası anlamına gələ bilərmi?

Rusiyanın Krımı işğalından sonra bu tezis tez-tez müzakirə edilir. Kreml Ukraynaya qoşun yeritməklə yalnız adıçəkilən ideyaya zərbə vurmadı, eyni zamanda, Rusiyanın müttəfiq kimi yararsız olduğunu sübuta yetirdi. Belə ki, Ukrayna, Belarus və Rusiya slavyan ölkələr olmaqla yanaşı, son zamanlara qədər ən yaxın strateji müttəfiqlər kimi tanınırdılar. Lakin görünən budur ki, Kremlə müttəfiqlər deyil, müstəmləkələr lazımdır. Ruslar özlərini yeganə slavyan xalqı hesab edir, digərlərinə yuxarıdan aşağı baxır. Rus şovinizmi ideyası hətta slavyan birliyi ideyasına da zərbə endirir.

Lakin burada yalnız rusların sərsəmliyi əsas amil deyil. Baş verənlərin kökündə bir məzhəb savaşının elementləri də müşahidə edilir. Pravoslav Rusiya katolik olan Qərbi Ukraynanı məhv etməyi qarşısına məqsəd qoyub. Ukraynanın işğalı, eyni zamanda, katolik məzhəbinə nifrətin də bariz nümunəsidir.

Maraqlısı odur ki, daha çox katolik və nisbətən protestant Qərb dünyası üçün pravoslav Rusiyanı məhv etmək cəhdləri ilə eyni zamanda, əsrlərdən bəri davam edən məzhəb müharibəsinə yeni nəfəs vermək niyyətini güdür.

Digər tərəfdən, ukraynalılar “böyük qardaşın” təpiyi altında yaşamaq istəmirlər. Kreml isə Kiyevi işğal etməkdə israrlıdır. Rusiya Ukrayna olmadan imperiya cazibəsini itirir. Putin düşünür ki, Kiyevi ram etmədən Moskva SSRİ-ni – özünün imperiya gücünü bərpa edə bilməyəcək. Putinin Kiyevə olan qıcığının arxasında duran başlıca amillərdən bir də elə budur. Tarix boyu bu belə olub. Rusiya Ukrayna adlı müstəqil ölkənin mövcudluğunu heç bir zaman qəbul edə bilməyib. Artıq Moskva və Kiyev arasında bir düşüncə fərqi də mövcuddur.

Kiyev Qərblə inteqrasiyaya can atır. Moskva isə idarəçilikdəki diktaturanı möhkəmləndirmək arzusundadır. Rusiya öz xalqını köləyə çevirmək, Ukrayna isə demokratik və mütərəqqi hakimiyyət qurmaq istəyir. Ukrayna özünü Avropanın bir hissəsi hesab edir, rus milli şüuru isə Avropanı düşmən kimi qəbul edir. Ukrayna üçün isə Şərq və Avropa eyni dərəcədə yaxın müttəfiqdir. Ukrayna azad dünyanın azad subyekti olmaq istəyir. Slavyan birliyi ideyasını bir imperiya konsepsiyası kimi qəbul edən Putin Avropa ölkələrindəki slavyanları ram etmək arzusundadır. Odur ki, Qərb Rusiyanın ağlasığmaz addımlar ata biləcəyindən çəkinir.

Odur ki, Kremlə ünvanladığı təzyiqlərdə ehtiyatlı davranır. Lakin bu uzun müddət davam edə bilməz. ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edir. Bu gün nə slavlyanlar, nə anqlo-sakslar, nə də ki türklər rusları sevmirlər. Rusiyanın işğalı altında heç bir millət yaşamaq istəmir. Bu baxımdan, Rusiya Ukraynaya qoşun yeritməklə öz imicini tam məhv etmiş oldu. Ruslar yalnız slavyanlarla savaşmırlar, eyni zamanda, ingilisləri düşmən hesab edirlər.

Burada bir məqama da diqqət yetirmək lazım gəlir. Anqlo-sakslarla rusların amansız savaşa girmələri iki ölkənin güclənməsinə nədən olur – Çin və Türkiyə. Cənubi Koreyada möhkəmlənən ABŞ Şimali Koreyanı və Çini hədəf seçir. Çinin gələcək imperiya planlarını boğmaq üçün Vaşinqton indidən səy göstərir. Türkiyə isə daha güclü oyunçuya çevrilməkdədir.

Dünyəvi Türkiyədə islamçıların hakimiyyətdə olması bu mərhələdə anqlo – sakslar üçün də məqbuldur. İngilis və ruslar arasında gedən savaş Türkiyəyə manevrlər etmək üçün böyük şərait yaradır. Lakin Ankara riskli oyuna başlayıb və proseslərin nə ilə yekunlaşacağını proqnozlaşdırmaq elə də asan deyil.

Avropa.info-nun ekspert qrupu

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər