“Obama utancından ağlayırdı” – Vladimir Jirinovski

“Obama utancından ağlayırdı” – Vladimir Jirinovski

Hakimiyyətdən gedən ABŞ prezidenti Barak Obama vida nitqində günahlarına görə utancından ağlayıb.

Avropa.info xəbər verir ki, bu açıqlama ilə LDPR lideri Vladimir Jirinovski çıxış edib. Jirinovskinin fikrinə görə, Obama Havay adalarında qolf oynayanda günahlarını ömrünün sonunadək yada salacaq.

“O, məktəbli kimdir. Gethagetdə çoxlu yaramazlıq elədi: diplomatları çıxardı, sanksiyaları artırdı, Trampın qələbəsini mənim adıma yazan hesabat dərc etdi. Çünki mən düzgün proqnoz vermiş, şampan içməyə söz vermişdim. Sona yaxın Obamanın vicdanı oyandı. Ancaq çox gecdir, o daha heç nə dəyişə bilməyəcək” – Jirinovski belə deyib.

Qeyd edək ki, hakimiyyəti təhvil verən ABŞ prezidentinin vida nitqi bir saata yaxın davam edib. Nitqinin sonunda o, ailəsini xatırlayıb  və ağlayıb.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər