728 x 90

Dünyanın ən varlı adamı “McDonald’s”da yeyərək qənaət edir

Dünyanın ən varlı adamı “McDonald’s”da yeyərək qənaət edir

Dünyanın ən varlı adamlarında biri, “Berkshire Hathaway” maliyyə şirkətinin Uorren Baffet fond birjasının düşdüyü günlərdə “McDonald’s”da səhər yeməyi yeyərək qənaət edir.

Avropa.info xəbər verir ki, o, bu haqda “Uorren Baffet olmaq” sənədli filminə müsahibəsində deyib.

“Bekon, yumurta və pendirdən ibarət “MakMaffin” menyusu 3,17 dollardır. Əgər birja mənfi göstərici ilə açılırsa mən 2,95 dollara sendviç yeməyə üstünlük verirəm” – milyarder beləd eyib.

2016-cı ilin noyabrında CNBC kanalı bildirmişdi ki, Donald Trampın qələbəsindən sonra Baffetin sərvəti 11 milyard dollar artıb.

“Forbes” Baffetin sərvətini 65,5 milyard dollar qiymətləndirir. O, Bill Geyts (81 milyard) və Amazon.com şirkətinin rəhbəri Ceff Bezosdan (67 milyard) sonra ən varlı adam sayılır.


Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər