Xarici İşlər Nazirliyi indoneziyalı xanım jurnalist Fameqi Putrinin Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfəri ilə bağlı məsələyə münasibət bildirib.
Avropa.info xəbər verir ki, Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev report-a bildirib ki, Azərbaycanın Cakartadakı səfirliyinə bu məsələni araşdırmaq tapşırığı verilib.
Qeyd edək ki, daha əvvəl bir sıra Ermənistan KİV-i “Tempo” nəşrinin jurnalisti Fameqa Putrinin Ermənistana və Azərbaycanın işğal olunmuş ərazilərinə – Dağlıq Qarabağa səfər etdiyini və oradan reportaj hazırladığını məlumat verib.