Dağıstanda Azərbaycan əsilli polis əməkdaşı qətlə yetirilib

Dağıstanda Azərbaycan əsilli polis əməkdaşı qətlə yetirilib

Rusiya Federasiyası Dağıstan Respublikasının Dərbənd şəhərində Azərbaycan əsilli polis əməkdaşı naməlum şəxslər tərəfindən qətlə yetirilib.

Mərhumun qohumlarının “Report”a verdikləri məlumata görə, 1979-cu il təvəllüdlü Məhəmməd Əlibəy oğlu Vəlibəyov əslən Azərbaycanın Xaçmaz rayonundandır.

Rusiyada ali təhsil aldıqdan sonra Dağıstanda polis orqanlarında işləyən M.Vəlibəyov Dərbənd şəhəri yaxınlığında bir qrup naməlum şəxs tərəfindən əvvəlcədən yaranmış mübahisənin həlli üçün görüşə dəvət edilib və orada tapançadan açılan atəş nəticəsində 5 güllə yarası alaraq yerindəcə keçinib.

M.Vəlibəyov ailəsi Xasavyurt rayonunda yaşadığı üçün orada da dəfn olunub.

Hazırda hüquq-mühafizə orqanları hadisəni araşdırır və cinayəti törədənləri axtarır.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər