ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin 43 il gizli saxlandığı sensasiyalı sənəd yayıldı – 43 il əvvəl Üçüncü Dünya Müharibəsinin qarşısı son anda necə alındı?

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin 43 il gizli saxlandığı sensasiyalı sənəd yayıldı – 43 il əvvəl Üçüncü Dünya Müharibəsinin qarşısı son anda necə alındı?

İngiltərənin  “Times” qəzeti ABŞ   Mərkəzi Kəşfiyyat İdarəsinin məxfiliyini qaldırdığı sənədlərdən birini dərc etdi.

Avropa.info xəbər verir ki, qəzetin yaydığı sənəddə 43 il əvvəl Üçüncü Dünya Müharibəsinin başlamasının  son anda qarşısı alındığı bildirilir. MKİ-nin sənədlərinə görə, 1974-cü ildə  Şotlandiyada bir ABŞ və bir SSRİ sualtı gəmisi toqquşub. Qəza o qədər ciddi nəticələrə səbəb olub ki, hətta az qala nüvə savaşı  başlayacaqmış.

Qəzetin yazdığına görə, qısa bir müddət öncə, MKİ tərəfindən ictimaiətə açıqlanan məlumat 40 ildən çox gizli saxlanılıb. Belə ki, 3 noyabr 1974-cü ildə Pentaqondan  o dövrün ABŞ  xarici işlər naziri olan Henri Kissingerə göndərilən bir məktubda , “Poseydon” adlı  sualtı gəminin  Şotlandiya bir Sovet sualtı gəmisi ilə toqquşduğu bildirilir. ABŞ XİN rəhbərinə göndərilən arayış tipli məktubda deyilir:

“Toqquşma nəticəsində  hər iki sualtı gəmi  üzə çıxdı. Sonra Sovet sualtı gəmisi suya  batdı. Ziyanın miqyası barədə hələ bir məlumat yoxdur. Sizi məlumatlandırmaqda davam edəcəyik.”

“Times”ə danışan bir mütəxəssis isə ABŞ sualtı gəmisinin toqquşma zamanı 160 nüvə raket başlığı daşıdığını deyib. Ekspertin dediyinə görə, iki nüvə  dövlətinin dənizdə toqquşması ilə meydana gələn qəza o qədər ciddi imiş ki, Üçüncü Dünya Müharibəsini başlaya bilərmiş. Lakin, son anda bunun qarşısı alınıb.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər