Cahangir Hacıyevlə Dünyamin Xəlilovun Mavrodini belə mat qoyacaq fırıldaq sxemi… – Yeni təfərrüatlar

Cahangir Hacıyevlə Dünyamin Xəlilovun Mavrodini belə mat qoyacaq fırıldaq sxemi… – Yeni təfərrüatlar

Xəbər verildiyi kimi Azərbaycan Beynəlxalq Bankının silinib-süpürülməsi üçün Cahangir Hacıyevin qurduğu misilsiz fırıldaq sxeminin əsas fiqurlarından biri, keçmiş deputat-oliqarx Dünyamin Xəlilovun işi baxılmaq üçün məhkəməyə göndərilib.

Virtualaz.org Dünyamin Xəlilovun işi üzrə istintaq materiallarını əldə edib və orada keçmiş oliqarxın kağız üzərində çoxsaylı şirkətlər yaradaraq onların adlarına Beynəlxalq Bankdan yüz milyonlarla dollar kredit götürdüyü, həmin pulların qurama müqvilələlər əsasında offşor hesablara köçürdüyü barədə həm öz ifadəsi, həm şahid ifadələri əsasında bəhs olunur.

Ötən buraxılışımızda xəbər verdiyimiz kimi belə şirkətlərdən biri də “Səbail Mebel” ASC olub. Dünyamin Xəlilov Cahangir Hacıyevin göstərişi ilə həmin şirkətin adına bankdan on milyonlarla dollar kredit götürərək özünün Panamada qeydiyyatdan keçmiş “Oceanstream İnc” offşor şirkəti üzərindən xarici bank hesablarına köçürüb.

Seyfulla Seyfullayev nə deyir…

 

“Səbail Mebel” ASC-nin istintaqa təqsirləndirilən şəxs qismində cəlb olunmuş baş direktoru Seyfullayev Seyfulla Məhərrəm oğlu ona qarşı irəli sürülmüş ittihamlar üzrə

(179.3.1, 179.3.2 və 308.2-ci maddələri) özünü təqsirli bilməsə də müstəntiqlərin üslubu ilə desək “törətdiyi əməli qismən etiraf edib”. Göstərib ki, “Səbail Mebel” ASC 1998-ci ildə özəlləşdirilib.  Səhmlərinin 66 faizi Məmmədov Rafiq Malik oğluna, təxminən 33 % səhmləriMaqsudov Tural Maqsud oğluna, yerdə qalan səhmlər isə müxtəlif fiziki şəxslərə məxsusdur.

2003-cü ildə Dövlət Əmlak Komitəsinin sədrinin müvafiq əmri ilə Seyfullayev “Səbail Mebel” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinətəyin olunub. Şirkətin faktiki sahibi isə hazırda Latviyada yaşayan Seyfullayev Rafiq Bəylər oğludur. Bu şirkət  Səbail rayonu, Səbailprospekti 16 ünvanında yerləşir  və həmin ərazidə təxminən 25 sot torpaq sahəsinə malikdir.

 

“Dünyamin Xəlilov səhmləri almaq istəyir”

 

2008-ci ildə Rafiq Seyfullayev ona zəng vuraraq Dünyamin Xəlilov adlı birisinin ASC-nin səhmlərini almaq istədiyini bildirib, həmin şəxslə görüşüb söhbət etməyi tapşırıb. Bu tapşırıq əsasında Seyfulla Seyfullayev Dünyamin Xəlilovun “Caspian Plaza”da yerləşən ofisində onunla görüşüb. Şirkətin D.Xəlilova satılması barədə razılaşma əldə olunub. Beləliklə də Seyfulla Seyfullayev Dünyamin Xəlilovun Azərbaycan Beynəlxalq Bankından kredit adı altında vəsaitlərin çıxarılması sxeminin iştirakçısına çevrilib.

2008-ci ilin yay aylarında o, Dünyamin Xəlilovun göstərişinə əsasən Azərbaycan Beynəlxalq Bankının  Səbail filialına ərizə müraciətedərək “cəmiyyətin inkişafı üçün” 9 milyon ABŞ dolları kredit ayrılmasını xahiş edib. Və təbii ki, cəmi 25 sot torpaq sahəsi olan, heç bir iqtisadi fəaliyyəti olmayan şirkətə 9 milyon dollar kreditin ayrılmasına dair müraciət dərhal təmin olunur. Seyfullayev bankda kredit ayrılmasına dair sənədlərə imza edir. Ancaq həmin kreditin hansı məqsədlə ayrılmasından, hara xərclənməsindən, hansı hesablara köçürülməsindən məlumatı olmur. Seyfullayevin yadında qalanlar bunlardır ki, “Səbail Mebel” ASC-nin adına alınmış kreditlər Albaniya və İsveç qanunları ilə işləyən şirkətlərə köçürülürdü.

 

Cəmi 25 sot torpağı olan şirkətə on milyonlarla dollar kredit

 

Seyfullayev deyir ki,  “Səbail Mebel” ASC-nin səhmlərinin 33 faizi Tural Maqsudova məxsus olduğundan o, həmin şəxsə zəng edərəksəhmlərin satlıması üçün Dünyamin Xəlilovla anlaşdığı haqda məlumat verib. Lakin sonradan şrkətin əmlakının alqı-satqısı baş tutmayıb. Bu səbəbdən o, Dünyamin Xəlilovdan şirkətin adına alınmış kreditlərin bağlanmasını tələb edib. 2010-cu ildə Dünyamin Xəlilov ona deyib ki, şirkətin kredit borcunun bağlanması üçün əsas səhmdarlar adından sənədlər imzalanmalıdır.

Bu səbəbdən Seyfullayevin   uzaq qohumu olan əsas səhmdar Rafiq Məmmədov ona adından zəruri sənədləri imza etməsi üçünetibarnamə verib. Və Seyfullayev R.Məmmədovun adından müvafiq sənədləri imzalayıb. Ancaq sənədləri oxumayıb.

Habelə Dünyamin Xəlilovun göstərişinə əsasən 2010-cu ildə Azərbaycan Beynəlxalq Bankının Səbail filialına gedərək 6 milyon ABŞdollarının  “Səbail Mebel” ASC-nin kredit kredit borcuna ödənilməsi barədə mədaxil qəbzinə imza edib. Əslində isə banka heç bir pul aparılmamışdı və ödəniş edilməmişdi. Beləliklə, “Səbail Mebel” ASC-nin banka kredit borcu kağız üzərində bağlanır.

Lakin bir müddət sonra Vergilər Nazirliyi “Səbail Mebel” ASC-nin səhmlərinin alqı-satqısına görə dövlətə vergi ödənilməli olduğu üçün Rafiq Məmmədovu-əsas səhmdarı axtarmağa başlayır. Seyfullayev bununla bağlı Dünyamin Xəlilovla görüşür, onun məsləhəti ilə notariat kontoruna gedərək səhmlərin alqı-satqısına dair əvvəllər bağlanmış müqaviləni ləğv edir, səhmlər yenidən R.Məmmədova qaytarılır və beləliklə də vergi ödənilməsindən azad olur. Seyfullayev iddia edir ki, Dünyamin Xəlilovun “Səbail Mebel” ASC-nin adına bankdan aldığı kreditlərə görə onun heç bir maddi marağı olmayıb, bu əməliyyatdan bir qəpik də qazanmayıb.

 

Keçmiş deputatın daha bir şirkəti- “İnter Tekstil” ASC

 

İş üzrə digər təqsirləndirilən şəxs-“İnter Tekstil” ASC-nin idarə heyətinin sədri Musayev Şakir Musa oğlu da təxminən eyni yolla Dünyamin Xəlilov-Cahangir Hacıyev cütlüyünün fırıldaq sxeminin iştirakçısı olub. Bu həmin “İnter Tekstil” şirkətidir ki, “Sumqayıt Üst Trikotaj” ASC-nin özəlləşdirilməsindən sonra onun əsasında yaradılıb.

“İnter Tekstil” ASC-nin səhmlərinin 89,99 faizi Sadıx Murtuzayevə, yerdə qalan hissəsi müxtəlif fiziki şəxslərə məxsus olub. Əslində isə Murtuzayev formal şəxs idi, Dünyamin Xəlilovun benefisiarı olub və şirkətin faktiki sahibi həmin dövrdə deputat olan Xəlilov idi. D.Xəlilov Şakir Musayevi “Caspian Plaza”da yerləşən ofisində qəbul edərək ona şirkətin əsl sahibi olduğunu çatdırıb, “İnter Tekstil” ASC-nin fəaliyyəti barədə ona mütəmadi məlumatlar verməli olduğunu deyib. Və mütəmadi olaraq D.Xəlilov “İnter Tekstil”in adına Byenəlxalq Bankdan kreditlər götürüb.

“İşçiləri banka göndər, adlarına kredit ayrılacaq…”

 

Daha sonra kreditləri şirkətin sıravi işçilərinin adına rəsmiləşdirməyə əl atıblar. 2009-cu ildə D.Xəlilov Ş.Musayevə zəng vuraraq tapşırıb ki, “İnter Tekstil” ASC-nin işçilərini Beynəlxalq Bankın Səbail filialına göndərsin. Orada onların adlarına kreditlər rəsmiləşdiriləcək və bu kreditlərin ödənilməsini sonradan bank özü həll edəcək. Bu tapşırıq əsasında Musayev şirkətin baş mühasibini və daha bir neçə işçisini filiala göndərir, orada onların adlarına müxtəlif iri məbləğlərdə kreditlər rəsmiləşdirilir.

Həmçinin 2010-cu ilin fevral-mart aylarında Dünyamin Xəlilov yenidən ona zəng edərək bildirir ki, “İnter Tekstil” ASC-nin 30 nəfər işçisiniadlarına kredit rəsmiləşdirmək üçün Azərbaycan Beynəlxalq Bankının Mərkəzfilialına göndərsin. Musayev də bu tapşırıq əsasında şirkətin baş mühəndisi İlham Ağaverdiyevə 30 işçini şəxsiyyət vəsiqələri ilə birlikdə banka aparmaq barədə əmr verir. Və həmin işçilər banka gedirlər, onların adlarına heç vaxt üzünü görmədikləri məbləğlərdə kreditlər rəsmiləşdirilir.

Hansı ki, həmin işçilər sonradan Beynəlxalq Banka borcu olanlar qismində istintaqa cəlb ediləcəkdilər və sorğu-sual olunacaqdılar. O vaxt isə onlar “İnter Tekstil”dən aldıqları qəpik-quruş maaşı itirməmək üçün Dünyamin Xəlilovun həmin qanunsuz əmrinə sözsüz tabe olmaq məcburiyyətində idilər, bir növ onun dələduzluq sxemində qul kimi istismar olunurdular.

 

Quliyev Teymur ayılıb gördü ki, adına 200 min dollar kredit var

Bu işçilərdən biri Quliyev Teymur Sabir oğlu 2012-ci ildə hansısa məsələyə görə banka müraciət edəndə ona məlum olur ki, heç demə Beynəlxalq Banka 200 min dollardan çox kredit borcu varmış. Nəticədə Teymur və arvadı tez-tez Ş.Musayevin yanına gedərək ondan adlarına rəsmiləşdirilən bu borcun silinməsini tələb edirlər. Musayev də bu barədə D.Xəlilova bildirir.

Dünyamin Xəlilov isə “İnter Tekstil”in sıravi işçisinin adına rəsmiləşdirlmiş borcu bağlamaq üçün illərdir istifadə etdikləri fırıldaq sxemini işə salır: bu dəfə banka zəng edərək Şakir Musayevin adına Beynəlxalq Bankın “Premyer” filialında köhnə tarixlə-2009-cu il 24 sentyabr tarixinə kredit rəsmiləşdirir, həmin kredit isə Teymur Quliyevin banka olan borcunun ödənilməsi üçün kağız üzərində təzədən banka “köçürülür”…

 

Bu fırıldaq sxeminə Mavrodinin özü də mat qalardı

Musayev nəql edir ki, onların fırıldaq sxemlərinə alət edilmiş sıravi işçilər sonradan başqa banklardan kredit ala bilmədiklərinə görə narazılıq etməyə başlamışdılar. Və Musayev bu barədə Xəlilova məruzə edəndə deputat-oliqarx problemi həll etmək üçün aşağıdakı təlimatı verir: “İnter Tekstil”in 5 işçisini Azərbaycan Beynəlxalq Bankının Mərkəz filialına aparılsın, orada onların adına kreditlər rəsmiləşdirilsin və həmin kreditlər əvvəl adlarına kredit alınmış işçilərin borcunun bağlanmasına yönəldilsin. Və bu tapşırıq yerinə yetirilir-“İnter Tekstil”in daha 5 işçisi Mavrodinin özünü də heyrətə sala biləcək fırıldaq sxeminə cəlb olunur…

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər