Ramin Quluzadənin nəqliyyat üzrə müavininin adı bəlli oldu – Özəl

Ramin Quluzadənin nəqliyyat üzrə müavininin adı bəlli oldu – Özəl

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması ilə bağlı sərəncam imzalayıb.

Avropa.info xəbər verir ki, verilən sərəncama əsasən Nəqliyyat Nazirliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirlikləri birləşdirilib.

Prezidentin bu sərəncamı ilə 2002-ci ildən bu yana nəqliyyat naziri postunu tutan Ziya Məmmədov da öz postunu itirib.

Prezidentin digər sərəncamı ilə isə rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsinə təyin olunub.

Hazırda hamı üçün maraqlı olan məsələlərdən biri isə Ramin Quluzadənin nəqliyyat üzrə müavininin kim olacağı; yəni Ziya Məmmədovun yerini kimin tutacağıdır.

Avropa.info-nun Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki mənbələrdən əldə etdiyi məlumata görə, bu posta Ziya Məmmədovun birinci müavini olmuş Musa Pənahovun təyinat alacağı gözlənilir.

b933c055939002a58d95cca62ae72a08

Qeyd edək ki, Musa Pənahov 23 fevral 2004-cü ildə nəqliyyat nazirinin müavini vəzifəsinə təyin olunub və prezidentin sərəncamı elan olunanadək bu postda çalışıb.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər