“The New York Times”dan ABŞ və Rusiya baş qərargah rəislərinin Bakı görüşü ilə bağlı sensasion yazı – “Çətin oldu…”

“The New York Times”dan ABŞ və Rusiya baş qərargah rəislərinin Bakı görüşü ilə bağlı sensasion yazı – “Çətin oldu…”

“Rusiyanın Amerika  hərbi gəmilərinə qarşı münasibətinin gərginləşdiyi, Ukraynanın şərqində hərbi əməliyyatların davam etdiyi və silahlanma ilə bağlı müqaviləni pozmasına görə rəsmi Moskvaya yönələn ittihamlar fonunda ABŞ-ın ən yüksək vəzifəli hərbi məmuru rus həmkarı ilə danışıqları bərpa etməyə çalışır”.

Avropa.info xəbər verir ki, bu barədə “The New York Times” qəzeti yazır. Qəzetin müxbiri Maykl Qordon bildirir ki, ABŞ ordusu Baş Qərargah rəisi, general F.Danfordun Azərbaycanın paytaxtı Bakı şəhərində görüşü gözlənilir.

“Bu Vaşinqton və Moskva komandanları arasında 2014-cü ildən bəri ilk görüş olacaq. Pentaqon bildirir ki, görüşün diqqət mərkəzində ABŞ-Rusiya münasibətləri və iki ordu arasında yarana biləcək səhvlərdən qaçılması üçün dəqiq kommunikasiyanın yaradılması müzakirə olunacaq. Əlbəttə ki, iki ölkə arasında vəziyyət daha yaxşısını arzu etməyə imkan verir. ABŞ-ın Avropa komandanlığının mətbuat xidmətinin bildirdiyinə görə, keçən həftə Qara dənizdə rus təyyarələri ABŞ esminesinin üzərindən çox alçaqdan uçublar. Qərb ölkələrinin hökumətləri bildirirlər ki, belə qıcıqlandırıcı hərəkətlər NATO-nun öz müdafiə qüdrətini gücləndirməsinə qarşı edilir” – “The New York Times” yazır.

“Qərargah rəislərinin görüşünün təşkil olunmasına aylarla vaxt gedib. Görüşün mahiyyəti isə bir çox hərbi analitiklərin mübahisə predmetinə çevrilib. Dövlət Departamentinin sabiq məmurları deyirlər ki, Trampın Moskvaya qarşı münasibəti qeyri-müəyyən qaldığı müddətdə iki generalın görüşü çox şey verməyəcək” – yazının müəllifi Qordon belə yazır.

Müəllif görüşün təşkilinin heç də asan olmadığını qeyd edir. Belə ki, Rusiya tərəfi Danfordun ya Moskva, ya da Belorusa gəlməsində təkid edirdi. Pentaqon isə Qərbi Avropada görüşmək istəyirdi. Ancaq Gerasimov Qərbi Avropaya gələ bilməzdi. Çünki Ukraynaya hərbi müdaxilədə ittiham olunan şəxs kimi sanksiyalar siyahısına düşmüşdü. Son nəticədə Bakı neytral ərazi kimi seçildi.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər