Alimlər yeni qitə kəşf etdi – Qitələrin sayı 7 olacaq

Alimlər yeni qitə kəşf etdi – Qitələrin sayı 7 olacaq

Yeni Zelandiyanın geoloqları aparılan son araşdırmaların 4,9 milyon kvadrat kilometrlik bir sahəni əhatə edən yeni bir qitəyə işarə etdiyini açıqlayıb.

Avropa.info xəbər verir ki, hər nə qədər də yer kürəsindəki qitələrin Asiya, Avropa, Afrika, Antarktida, Şimali Amerika, Cənubi Amerika və Avstraliyadan ibarət olduğu məlumatı ümumi olaraq qəbul edilsə də, geoloqlar Avropa və Asiya qitələrinin əslində “Avrasiya” adlı qitəni meydana gətirdiyini, buna görə də dünyada 6 qitə olduğunu müdafiə edir.

Amma Dünyanın yer qabığı çatları haqqında aparılan bir araşdırma, bu siyahıya “Zelandiya” adlı yeni bir qitə də əlavə edib. Çoxu Yeni Zelandiyada çalışan 11 araşdırmaçı tərəfindən həyata keçirilən bu araşdırmada Sakit Okeanının cənub qərbində yerləşən adaların, bir-birindən müstəqil olmadığı, 4.9 milyon kvadrat kilometrlik bir quru sahəsinin parçaları olduğu və bu parçanın Avstraliyadan ayrı olduğu iddia olunur.

Geologiya dünyasının diqqətini çəkən araşdırmaya dair Amerika Geologiya Birliyi jurnalında nəşr olunan hesabatda, kəşf edilən yeni qitəyə aid ümumi səthin 94 %-nin suların altında olmasına baxmayaraq Yeni Zelandiya və Yeni Kaledoniya kimi böyük adaları da əhatə etdiyi bildirilir. Mütəxəssislər, bu məlumatların uzun və davamlı işlərin nəticəsində əldə olunduğunu deyir.

Dünyanın ən kiçik və ən yeni qitəsi Zelandiyanın adı ilk dəfə 1995-ci ildə Brus Luyendik tərəfindən çəkilmişdi. Ancaq Luyendik Zelandiyanı ayrı bir qitə olaraq deyil, parçalanmış bir qitənin 200 milyon illik parçalarını ifadə etmək üçün istifadə etmişdi.

Zelandiyanın yeni bir qitə olduğuna dair ilk nəzəriyyələrdən biri isə 2007-ci ildə mövzu ilə bağlı bir araşdırma kitabı dərc edən Hamiş Campbell tərəfindən irəli sürülüb. Zelandiyanın Avstraliya və Antarktikadan tamamilə ayrı bir qitə olduğunu söyləyən Campbell kitabında, Zelandiyanın keçmişdə tamamilə suların altında olduğunu ancaq qitələrin toqquşması nəticəsində Yeni Zelandiya kimi bəzi böyük hissələrinin su üzərinə çıxdığını irəli sürmüşdü.

Mütəxəssislərə görə Zelandiyanın ayrıca bir qitə olmasının 4 təməl səbəbi var. Bunlar, yer döşəməsinin okean tavanından daha yüksək olması, qaya tiplərində müxtəlifliyin olması, okean tavanını əhatə edən yarıqların daha incə olması və geniş bir sahədə görülən sərhədlərin bir mikro-qitədən çox qitəyə işarə etməsidir.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər