Xocalı qaçqını qaynatası və baldızları tərəfindən talan edildi : Cəlilabad prokurorluğu və polisi 40 minlik talançılığa göz yumur iddiası (Şikayət)

Xocalı qaçqını qaynatası və baldızları tərəfindən talan edildi : Cəlilabad prokurorluğu və polisi 40 minlik talançılığa göz yumur iddiası (Şikayət)

Xocalı qaçqını Səfər Cavadov tərəfindən redaksiyamıza şikayət daxil olub.

Avropa.info xəbər verir ki, şikayətçi Səfər Cavadov Cəlilabad rayonunda qardaşının mağazasının elə qardaşının qaynatası tərəfindən talandığını bildirib. Həmin məktubda deyilir:

“Qardaşımın Cəlilabad rayonundakı mağazası bir ailə tərəfindən talanıb. Bu ailə qardaşımın etibarından sui-istifadə edərək onun dükanını talayan qayınatası İlqar Quliyev, qayınanası Nuridə, baldızları Ləman və Jalə Quliyevalardır. Onlar əvvəlcədən əlbir olaraq geyim mağazasından 1 il müddətində 40000 manatdan çox pul və ya geyim oğurlayıblar. Məndə oğurluğun əvvəlcədən planlaşdırıldığını və bu işdə bütün ailə üzvlərinin iştirak etdiyini təsdiq edən səs yazıları var.

Buna baxmayaraq, Cəlilabad rayon polis şöbəsinin Vidadi adlı tədqiqatçısı yalnız bir nəfərin-İlqar Quliyevin mənimsəmə faktını qeydə alaraq Cəlilabad Rayon Prokurorluğuna göndərib. Bu İki ay müddətində prokurorluqdan bizə heç bir məlumat verilməyib. Cəlilabad polisi və prokurorluğunun haqqın, ədalətin deyil, üç azyaşlı uşaq sahibi olan qızının ailəsinin dağılmasına səbəb olan bir “atanın”- İlqar Quliyevin yanında olması şübhə və təəssüf doğurur.

Qardaşımın “Sədərək” və “Binə” bazarlarında fəaliyyət göstərən 50-dən çox sahibkara külli miqdarda borcu var. Həmin şəxslər haqlı olaraq pullarının geri qaytarılmasını təkidlə tələb edirlər. Bəziləri “əks halda sizin üçün yaxşı olmayacaq” deyirlər. Qardaşımın başına bir iş gələrsə, bunun məsuliyyətini oğurluq faktını düzgün araşdırmayan, oğurlanmış pulların oğrudan alınıb, zərərçəkənə qaytarılmasını təmin etməyən Cəlilabad rayon hüquq mühafizə orqanları daşıyır. Qeyd edim ki, İlqar Quliyev və onun ailə üzvləri oğurladıqları pulları bank vasitəsi ilə Tərtər rayonunda yaşayan ailə üzvlərinə göndəriblər. Bundan başqa mağazadan oğurladıqları geyimləri Tərtər rayonunda kimlərə satddıqlarını isbat edən video görüntülərə də əhəmiyyət vermirlər. Mən qardaşımın notariusda təsdiq edilmiş nümayəndəsiyəm. Bu gündən məni tez-tez polis şöbəsinə, prokurorluğa çağıracaqlar. Ola bilər ki, bu hadisəni ictimailəşdirdiyim üçün mənə təzyiqlər olunsun.”

Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər