Türk ordusu Əl-Babda zəfərini bayram edir – Növbəti hədəf Mənbicdir! (Foto)

Türk ordusu Əl-Babda zəfərini bayram edir – Növbəti hədəf Mənbicdir! (Foto)

Türk ordusu və ASO-nun İŞİD-dən azad etmək üçün apardığı Əl-Bab əməliyyatı xoşbəxt sonla yekunlaşıb.

Avropa.info xəbər verir ki, əməliyyatı qələbə ilə başa vuran əsgərlərin zəfər sevinci fotolara yansıyıb. Şəhərdə nəzarəti ələ götürən hərbi birləşmələr ilk olaraq hücumu dayandırıb. Əməliyyatın ikinci mərhələsi kimi TSK və ASO şəhəri İŞİD-in tələlərindən təmizləməyə başlayıb. Əl-Babda bütün evlər qapı-qapı axtarılacaq. Şəhərdə gizlənən İŞİD üzvləri zərərsizləşdiriləcək. İŞİD-in müdafiə məqsədi ilə istifadə etdiyi tunellərlə bir yerdə şəhərin hər yerinə yerləşdirilən mina və əldəqayırma partlayıcılar da zərərsizləşdiriləcək. Sualtı Hücum Komandoslarının və Özəl Qüvvələrin qatılacağı təmizləmə əməliyyatının1 ay davam etməsi gözlənilir.

Adı “qapı” mənasına gələn Əl-Bab şəhəri Rəqqadan sonra İŞİD-in ikinci paytaxtı kimi tanınırdı və xüsusi strateji əhəmiyyətə malik idi. Əl-Babın alınmasıyla İŞİD təhlükəsi Türkiyə sərhədindən daha da uzaqlaşdırılıb. İŞİD-in silah və sursat tranziti üçün istifadə etdiyi ən vacib yollardan biri bağlandı. Əl-Babın alınması ilə PYD üzvü terrorçuların Afrin və Kobani kantonlarını birləşdirmək cəhdlərinin də qarşısı alınacaq.

Yeni hədəf isə Mənbic olacaq. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyan etdiyi 4-5 min kvadrat kilometrlik təhlükəsizlik zonasının yaradılması üçün türk ordusu Mənbicin üzərinə gedəcək. TSK və ASO PYD nəzarətindəki ərazilərin təmizlənməsi üçün yeni əməliyyata başlayacaq.

Mənbic PKK-nın Suriya qolu PYD-nin 3 kantonunun birləşdirilməsi baxımından vacib ərazidədir. Həmin ərazilərin PYD-dən təmizlənərək terrorçuların Fərat çayının şərq tərəfinə atılması gözlənilir.

Türkiyənin gələcək planı Mənbic və Rəqqanı da əhatə edəcək 4-5 min kvadrat kilometrlik təhlükəsizlik zonası yaratmaqdır. Əsasən ərəb və türkmənlərdən ibarət yerli xalq üçün məskunlaşma mərkəzləri tikiləcək. Regionun təhlükəsizliyi üçün isə “milli qüvvələr” formalaşdırılacaq. Bundan əlavə təhlükəsizlik zonasında uçuş qadağası tətbiq olunacaq.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər