Azərbaycanın cənub qapısı fövqəladə vəziyyətdə – Fotolar

Azərbaycanın cənub qapısı fövqəladə vəziyyətdə – Fotolar

Fəsadların aradan qaldırılması məqsədi ilə operativ qərargah yaradılıb

Astara rayonunun rabitə və elektrik təsərrüfatı iflic vəziyyətinə düşüb.

Ötən gün axşam saatlarından yenidən yağmağa başlayan və güclü küləklə müşahidə olunan qar Astara rayonunda ciddi fəsadlar yaradıb.

İstipress-in  Cənub bürosunun Rayon FHK-dan əldə etdiyi  məlumata görə, güclü külək və yağan qar səbəbindən rayonun elektrik və rabitə təssərrüfatı iflic vəziyyətə düşüb. İrigövdəli ağacların elektrik və rabitə kabellərinin üzərinə aşması, dayaqların və transformatorların sıradan çıxması nəticəsində gecə saatlarından başlayaraq rayon ərazisinin təxminən  80%-dən yuxarı hissəsində rabitə və enerji verilişi dayanıb.

Rayon FHK-nın sədr müavini İlqar Malıyevin İstiPress-ə  bildirdiyinə görə, rabitə təsərrüfatı iflic vəziyyətinə düşüb. 40 rabitə dayağı, 16 min metr rabitə naqili, 160 m rabitə kabeli sıradan çıxıb. Yaranmış vəziyyətlə bağlı aidiyyatı nazirliyə rəsmi məlumat verilib. Hazırda rayonda fövqəladə iş rejiminə keçilib. Təbii fəlakətin nəticələrinin tezlikə aradan qaldırılması məqsədi ilə operativ qərargah yaradılıb.

Rayonun dağ kəndlərinə gedən yolun bir hissəsini ağır texnikanın köməyi ilə açmaq mümkün olsa da, əksər kəndlərlə nəqliyyat  əlaqəsi yoxdur. Ən ağır vəziyyət 12 kəndi özündə birləşdirən Hamuşam -Toradi  istiqamətində yaşanır. Bu ərazidə qarın qalınlığının 80 sm-dən artıq olduğu deyilir.Astaranın rayon mərkəzində isə qarın hündürlüyü təxminən 15-20 sm arasındadır.

Fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür. Rayona qarın yağması davam edir.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər