Polad Bülbüloğlu Rusiyanın “Sən supersən! mahnı yarışmasında – O kimi dəstəklədi?

Polad Bülbüloğlu Rusiyanın “Sən supersən! mahnı yarışmasında – O kimi dəstəklədi?

Rusiyanın NTV kanalı “Sən supersən!” adlı beynəlxalq vokal yarışmasının seçim mərhələsini davam etdirir.

Avropa.info xəbər verir ki, şounun layihəsinə görə burada Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Estoniya yerləşən uşaq evləri, internatlardan gəlmiş uşaqlar və övladlığa götürülmüş şəxslər iştirak edir.

Region və şəhər sakinləri öz həmyerlilərinə səs verirlər. Heç kəsin tanışmadığı qız və oğlanları dəstəkləməyə həmin ölkələrin şou-biznes ulduzları və ölkənin rəsmi şəxsləri də gəlir.

Mahnı yarışmasında iştirak edən 17 yaşlı azərbaycanlı qız Pərvanə Alcanovu dəstəkləməyə gələn şəxs Azərbaycanın Rusiyadakı səfiri, müğənni və bəstəkar Polad Bülbüloğlunun özü olub.

Rusca demək olar ki, danışa bilməyən Pərvanə Azərbaycan dilində gözəl mahnı ifa edib. Polad Bülbüloğlu səhnədə nəinki qızı dəstəkləyib, jüri üçün tərcüməçilik də edib. Səfir yerlisi ilə fəxr etdiyini deyib.

“Pərvanənin gözəl səsi və şəksiz-şübhəsiz istedadı var. Şadam ki, o, ana haqqında mahnını gözəl ifa etdi və Azərbaycanı layiqli şəkildə təmsil etdi. Qeyd etmək istərdim ki, bu ad qıza çox yaraşır, Azərbaycan dilində Pərvanə gözəl kəpənək deməkdir. Ona uğurlar və həyatda ən yaxşısını arzulayıram. Gənc və istedadlı uşaqları özünü göstərmək üçün imkan yaratdığına görə NTV kanalına təşəkkür edirəm”.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər