Bakı görüşü İrəvanın təxribatını alt-üst etdi

Bakı görüşü İrəvanın təxribatını alt-üst etdi

Mümkündür ki, Rusiya və ABŞ gələcəkdə yenidən Bakı platformasından istifadə etsinlər. Bakının Paris, Brüssel, Cenevrə kimi diplomatik mərkəzlərdən biri olması tamamilə real görünür.

Bu sözləri ABŞ və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəislərinin Bakı görüşü ilə bağlı Axar.az-a danışan millət vəkili Aydın Mirzəzadə deyib. Millət vəkili Azərbaycanın beynəlxalq birlikdə aktiv xarici siyasət yeritdiyini deyib:

“ABŞ və Rusiya münasibətləri Obama dövründə ötən əsrin 70-ci illərinin soyuq müharibə vəziyyətinə yaxın idi. Donald Tramp münasibətlərin yaxşılaşdırmaqda maraqlı olduğunu göstərdi və ilk dəfə iki ölkənin yüksək səviyyəli rəsmi şəxsləri Bakıda bir araya gəldilər. Azərbaycanın xarici siyasət xəttini təhlükəsizlik, stabillik, qarışılıqlı əməkdaşlıq uğurunda birgə mübarizə təşkil edir. Bakının bu istiqamətdə uğurları durmadan artır. Bu gün Azərbaycan dövlətçiliyinin uğuru göz qarşısındadır. Azərbaycanda siyasi gərginlik, vətəndaş müharibəsi kimi hallar mövcud deyil. Ölkədə təhlükəsizlik şəraiti yüksək səviyyədədir. Görüşün məhz Bakıda reallaşması çox vacib siyasi bir faktorla – Prezident İlham Əliyevin beynəlxalq aləmdə yüksək nüfuzu ilə bağlıdır. Görüş çərçivəsində Azərbaycan-ABŞ, Azərbaycan-Rusiya məsələləri də əsas müzakirə mövzusu oldu. Hesab edirəm ki, Bakı hər iki ölkə ilə münasibətlərin dərinləşməsi üçün yaranmış bu imkandan mümkün qədər səmərəli istifadə etdi”.

Millət vəkili bildirib ki, görüşün keçirildiyi müddətdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında “referendum” keçirmə təxribatı baş tutmadı:

“Bu, o anlama gəlir ki, Azərbaycan dövlətinin siyasi uğurları sonda ermənilərin bütün cəbhələrdə acı məğlubiyyətlə üz-üzə qoyacaq”.

Qeyd edək ki, Bakıda ABŞ-ın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Danford və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun görüşü dünya gündəmini zəbt edib.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər