Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ şəhidinin ağır xəstəkilərdən əlil olan həyat yoldaşına pensiya verməkdən imtina edir – Şikayət

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ şəhidinin ağır xəstəkilərdən əlil olan həyat yoldaşına pensiya verməkdən imtina edir – Şikayət

Avropa.info-nun redaksiyasına  Zərdab rayon Xanməmmədli kənd sakini Əlizadə Fərid Arif oğlu tərəfindən şikayət daxil olub.

Fərid Əlizadənin atası Qocayev Arif Əlibala oğlunun 1993-cü ildə Qarabağda gedən döyüşlərdə şəhid olub.

16809329_1883938138529883_485361571_n

Şəhid oğlunun şikayəti 48 yaşlı anası Qocayeva Mələk Ələmdar qızına xəstəliyi ilə bağlı pensiya verilməməsi ilə bağlıdır. F. Əlizadə bildirir ki, onun anası Mələk Qocayeva 2016-cı ilin avqust ayında xəstəliyi ilə bağlı akademik Mirqasımov asına Respublika Kliniki Xəstəxanasına yerləşdirilib. Burada xəstəyə revmatoid poliartrit və leykoz diaqnozları qoyulub və ona iş qüvvəsini itirdiyi, ikinci qrup əlil kimi pensiyaya çıxa biləcəyi deyilib.

Bundan sonra xəstə Mələk Qocayevanın sənədləri Zərdab Rayon Mərkəzi Xəstəxanasına təqdim olunub. Burada da xəstəyə qoyulan diaqnozun ağır olduğu təsdiqlənib və xəstəxanadan xəstənin əmək qabiliyyətini itirdiyi bildirilib. Zərdab Rayon Mərkəzi Xəstəxanasında da bir ay müalicə alan xəstənin bütün sənədləri toplanaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə xəstənin ikinci qrup əlil kimi pensiyaya çıxarılmasına rədd cavabı gəlib.

Daha sonra Mələk Qocayeva sənədləri yenidən bu ilin fevral ayının 7-də ƏƏSMN-nə göndərib və hələ də bu günə kimi nazirlikdən məsələ ilə bağlı heç bir cavab almaq mümkün olmayıb.

Qeyd edək ki, F. Əlizadənin atası Qocayev Arif Əlibala oğlu 1993-cü ildə Murov dağında gedən döyüşlərdə iştirak edib. O, həmin ilin iyun ayının 29-da “Güzgü Dağı” əməliyyatında əsirlikdə olan döyüş yoldaşlarını xilas edərkən qəhrəmancasına şəhid olub.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər