Tramp ABŞ bank sistemində radikal islahatlara gedir

Tramp ABŞ bank sistemində radikal islahatlara gedir

ABŞ Prezidenti Donald Trampın həyata keçirməyə hazırlaşdığı vergi islahatları proqramı çərçivəsində korporativ mənfəət vergisi tariflərinin cari 35%-dən 15%-ə endirilməsi gözlənilir.

“Bloomberg”in verdiyi xəbərə görə, tariflərin azaldılması ABŞ-ın əsas banklarının illlik mənfəətlərinin orta hesabla 14% artmasına səbəb olacaq. Agentlik bildirir ki, korporativ mənfəət vergisi tariflərinin azaldılması “Wells Fargo”, “JPMorgan Chase”, “U.S.Bank of America”, Goldman Sachs” və “Morgan Stanley” kimi bankların məcmu illik mənfəətinin 12 mlrd. dollar artmasına səbəb olacaq.

Xatırladaq ki, ABŞ prezidenti bir qədər əvvəl 2008-2009-cu il maliyyə böhranı zamanı qəbul olunmuş “Dodd-Frank” qanununa yenidən baxılması ilə bağlı qərar verib. Qanun bank sektoruna nəzarətin bir qədər yumşaldılmasını nəzərdə tutur.

Report
Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər