Bütün zamanların ən varlı siyasətçiləri – Dodaq uçuqladan sərvət (Fotolar)

Bütün zamanların ən varlı siyasətçiləri – Dodaq uçuqladan sərvət (Fotolar)

Dünyada liderləri arasında ən varlı iyirmi siyasətçinin siyahısı hazırlanıb ki, bu siyahıya da Rusiya prezidenti Vladimir Putin liderlik edir.  

Xüsusilə Qərb mətbuatında Rusiya prezidentinin əmlakına dair fərziyyələr mütəmadi olaraq yer aldığı halda bunların nə qədərinin həqiqəti əks etdirdiyi isə dəqiq bilinmir.

Avropa.info xəbər verir ki, son olaraq İngiltərənin “Daily Mail” qəzeti bir zamanlar Rusiyada fond birjalarına rəhbərlik edən Bill Brouderın Putinin 200 milyard dollarlıq bir sərvətə sahib olduğunu dediyini yazmışdı.

Putin əgər həqiqətən 200 milyard dollarlıq sərvətə sahibdirsə, bu onun 75 milyard dollar sərvəti ilə dünyanın ən varlı adamı olan Bil Geytsdənd də varlı olduğu deməkdir.

Qəzet həmçinin Putinin ötən il açıqlanan 58 təyyarə və vertolyotunu, 500 min dollarlıq saat kolleksiyasını və 20 malikanə və fermadan ibarət daşınmaz əmlakını da rus liderin sərvətinə əlavə edib.

200 milyard dollarlıq bu iddianın sahibi Brouder Rusiya dövlətinin pulunun da İsveçrə banklarında Putinin adına saxlandığını və Putin üçün idarə edildiyini iddia edib.

Putindən sonra dünyanın ən varlı liderlərinin siyahısını sizə təqdim edirik:

1. Vladimir Putin. Rusiya/200 milyard dollar.

2. Maykl Blomberg. ABŞ/49.8 milyard dollar.

3. Pxumipon Adulyadet. Tayland/30 milyard dollar.

4. Xalifə ibn Zayed ən-Nəhyan. BƏƏ/23 milyard dollar.

5. Həssənəl Bolkiya. Bruney/20 milyard dollar.

6. Məhəmməd ibn Raşid Əli Məktum. BƏƏ/18 milyard dollar.

7. Serj Dasso. Fransa/16.3 milyard dollar.

8. Süleyman Kərimov. Rusiya/7.2 milyard dollar.

9. Silvio berluskoni. İtaliya/6.3 milyard dollar.

10. Lu Kuankyu. Çin/6.3 milyard dollar.

11. Savitri Cindal. Hindistan/4.8 milyard dollar.

12. Donald Tramp. ABŞ/4.5 milyard dollar.

13. Henri Ross Perol. ABŞ/4.1 milyard dollar.

14. Nəcib Səvirs. Misir/3 milyard dollar.

15. Tom Golisano. ABŞ/3 milyard dollar.

16. Sebastian Pinera. Çili/2.5 milyard dollar.

17. Meg Uitman. ABŞ/2.2 milyard dollar.

18. Sonia Gandi. Hindistan/2 milyadr dollar.

19. Maykl Aşkroft. İngiltərə/1.5 milyard dollar.

20. Nelson Rokfeller. ABŞ/1 milyard dollar.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər