“Veysəloğlu” növbəti qanvermə aksiyasını keçirdi – Fotolar

“Veysəloğlu” növbəti qanvermə aksiyasını keçirdi – Fotolar

“Veysəloğlu” Şirkətlər Qrupu fevralın 24-də “Bir damla qan qurtarılan bir can” adlı növbəti qanvermə aksiyasını həyata keçirib. Aksiyanın məqsədi talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara və eyni zamanda bədbəxt hadisələr nəticəsində xəsarət almış insanlara təmənnasız yardım etməkdən ibarət olub.

Respublika Mərkəzi Qan Bankının həkim heyyətinin müşaiyyəti ilə həyata keçirilən aksiyada şirkətlər qrupunun çox saylı əməkdaşı donor qismində iştirak edib.

Xatırladaq ki, “Talassemiya” dünyanın bir çox ölkəsində rast gəlinən irsi qan xəstəliyidir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, bütün dünyada 300 milyona yaxın bu xəstəliyi daşıyan insan var. Talasemiya dünyada ən sıx müşahidə olunan tək gen pozğunluğudur. Talassemiyanın əsas səbəbi İnsanda olan 46 cüt xromosomdan 11-ci xromosomla 16-cı xromosomda yaranan qüsurdur.

Ona görə də dünyada milyonlarla insan belə xəstələrin tam sağalana qədər həyatda qalması üçün mütamadi qan vermə aksiyalarına qoşulurlar.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər