AKP-nin möhtəşəm referendum reklamı yayımlandı – “Ya Rəbb! Sənə arxalanır və Sənin uğrunda döyüşürəm” (Video)

AKP-nin möhtəşəm referendum reklamı yayımlandı – “Ya Rəbb! Sənə arxalanır və Sənin uğrunda döyüşürəm” (Video)

Türkiyədə keçiriləcək olan referendumla bağlı ilk reklam çarxı sosial şəbəkələrdə insanlara təqdim olunub.

Avropa.info xəbər verir ki, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) “Həyat bir film deyil gələcəyə cürət edin” devizi ilə hazırladığı reklam çarxı geniş izləyici kütləsinin marağına səbəb olub.

Səlcuqlu dövlətindən, Osmanlıya, Qurtuluş Savaşında, 15 iyula qədər baş vermiş hadisələri nişanələr və ədəbi dildə insanlara təqdim edildiyi videoda, tarixin mühüm simaları da yer alır.

Sultan Alparslanın, Kılıçarslanın, Osman Bəyin, Fateh Sultan Mehmetin, Yavuz Sultan Səlimin, Qanuni Sultan Süleymanın, Abdulhəmid Xanın, Mustafa Kamal Atatürkün, Ömər Halisdemirin də əks olunduğu çarxda son olaraq prezident Rəcəb Tayyib Ərdoğan təqdim olunur.

“Ya Rəbb sənə arxalanır və sənin uğrunda döyüşürəm. Əzəmətin qarşısında baş əyirəm” sözləri ilə başlayan film, prezident Ərdoğanın “Bizim nəfsimiz müzakirə mövzusu deyil. Bizim məsələmiz millətdir, vətəndir” və “Gələcəyə cürət edin” ifadələri ilə bitir.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər