Deputat prezidentin hədiyyəsinə qəsd edən şirkətdən hökumətə şikayət etdi

Deputat prezidentin hədiyyəsinə qəsd edən şirkətdən hökumətə şikayət etdi

“Yardımlı rayon əhalisi Yardımlı şəhər mərkəzinə bitişik kəndlərin, o cümlədən qaz boru kəmərlərinin tikintisi üçün relyef baxımdan çətinlik törətməyən ərazidə yerləşən Osnağaran-Anzov-Hamarkənd-Abasabad və başqa kəndlərin qazlaşdırılmasını əhali “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyindən səbirsizliklə gözləyir”.

Deputat Musa Qasımlı bunu hökumətin hesabatı ilə bağlı keçirilən iclasdakı çıxışında bildirdi. Eyni zamanda o, Masallı rayonunun Güllütəpə ərazi nümayəndəliyinə daxil olan kəndlərin qazlaşdırılmasına diqqət ayırmağı hökumətdən xahiş etdi. Ardınca görülən işlərdən bəhs etdi: “Sel daşqınları nəticəsində dağılmış körpülərin tikilməsi ilə bağlı müraciətimizə cavab olaraq yeni körpüləri tikib istifadəyə verdiyi, Yardımlı rayonunda kənd yollarının tikintisi işlərini uğurla həyata keçirdiyi üçün “Azəravtoyol”un sədri hörmətli Saleh Məmmədova təşəkkür ediəm. Eyni zamanda Yardımlı-Bozayran-Bürzümbül-Bilnə-Vərgədüz yolunun asfaltlanmasını da xahiş edirəm”.

M.Qasımlı bundan sonra Yardımlı və Masallı arasındakı yeganə yolun dağılması ilə bağlı da hökumətdən yardım istədi: “Yardımlı- Masallı avtomobil yolu əsası qoyulandan bəri heç bir zaman normal asfalt görməyib. Yalnız cənab prezidentimiz İlham Əliyev Yardımlıya ilk dəfə səfər edərkən əhaliyə böyük bir hədiyyə etdi. Yardımlı-Masalı avtomobil yolu müasir bir asfalt gördü. Lakin bu yol hansısa şirkətin dağları yarıb Ələt-Astara avtomobil yoluna material daşıması nəticəsində yol bərbad hala düşüb. Düzdür, yol tikintisini həyata keçirən şirkət yolu sonda asfalt edəcəyini öhdəlik kimi üzərinə götürsə də, bu iş indiyə qədər görülməyib. Seçicilərin cənab prezidentimizin Yardımlı sakinlərinə olan hədiyyəsini müvafiq şirkətin layiqli bir şəkildə bərpa edəcəyini gözləyir”.

Musavat.com

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər