Türk siyasətçilərini əngəlləyən Almaniya Frankfurtda PKK-nın mitinqinə icazə verdi : 9 min terrorçu polisin mühafizəsi altında Öcalanın portretlərini qaldırıb, Türkiyə əleyhinə şüarlar səsləndirdi (Foto)

Türk siyasətçilərini əngəlləyən Almaniya Frankfurtda PKK-nın mitinqinə icazə verdi : 9 min terrorçu polisin mühafizəsi altında Öcalanın portretlərini qaldırıb, Türkiyə əleyhinə şüarlar səsləndirdi (Foto)

Türk siyasətçilərin Almaniyanın Frankfurt şəhərində seçim kampaniyası keçirməsinə icazə verməyən rəsmi Berlin, dünən eyni şəhərdə PKK terror təşkilatının mitinq keçirməsinə icazə verib.

Avropa.info xəbər verir ki, Novruz  bayramı bəhanəsi ilə bir araya gələn PKK terrorçuları Almaniyanın Frankfurt şəhərində aksiya keçiriblər. Avropada da terrorçu kimi tanınan PKK lideri Abdullah Öcalanın fotolarının qaldırıldığı mitinqə müdaxilə edilməyib.

Frankfurt şəhərinin mərkəzindəki fərqli nöqtələrdə görüşən PKK tərəfdarları, polisin mühafizəsi ilə mitinq – yürüşünü həyata keçirib.Aksiya zamanı  PKK-lılar tez-tez Türkiyə əleyhinə şüarlar bağırıblar.

20170318_2_22486847_20012238_Web

Alman polisinin verdiyi rəqəmlərə görə, təxminən 9 min nəfərin iştirak etdiyi nümayişdə təhlükəsizlik səbəbilə bəzi prospektlər nəqliyyatın hərəkətinə bağlanılıb.

Halbuki, bir neçə gün öncə, alman hökuməti PKK ilə bağlı 1993-ci ildən bəri qüvvədə olan qadağaların miqyasını genişləndirdiyini bildirmişdi. Qərara görə, PKK-nın simvolları ilə  yanaşı  terrorçubaşı Abdullah Öcalanın plakat və ya rəsmlərindən istifadəyə qadağa qoyulmuşdu. Göründüyü kimi, Almaniya hökuməti nə bu qadağaları həyata keçirmək, nə də PKK terror təşkilatına verdiyi dəstəkdən vaz keçmək fikirində deyil.

20170318_2_22486847_20012233_Web

Qeyd edək ki, PKK terror təşkilatına yürüş mitinq keçirməyə icazə verən Almaniya hökuməti son 3 gündə türk rəsmilərin seçicilərlə keçirmək istədiyi 4 görüşü yasaqlayıb.

20170318_2_22486847_20012237_Web

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər