90 yaşlı professorun 2 milyonunu oğurladılar

90 yaşlı professorun 2 milyonunu oğurladılar

Son illərdə xüsusilə imkanlı yaşlı insanları hədəf alan telefon fırıldaqçılarının yeni qurbanı iranlı professor, sahibkar Xosrov Mollah olub.

Fırıldaqçılar qısa müddət əvvəl yoldaşını itirən və İstanbul Yeniköydəki evində tək yaşayan Mollahın cib telefonuna zəng edib. Özlərini polis olaraq tanıdan saxtakarlar böyük bir saxta pul qrupuna qarşı əməliyyat aparacaqlarını, bu səbəbdən də professorun pullarını araşdıracaqlarını söyləyib.

Yaşlı adam onu təhdid edən fırıldaqçılara inanaraq, vaxt itirmədən banka gedib 285 min TL-sini çəkib evinə dönüb. Pulu saxta polislərə verən Mollah daha sonra digər bankdakı 250 min avrosunu da çəkib və bir çamadana qoyaraq fırıldaqçıları gözləməyə başlayıb. Bir neçə dəfə daha Mollahı axtaran, ümumi olaraq 2 milyon lirəsini əldə edən fırıldaqçılar pulun bitdiyini anlayınca, aradan çıxıb.

Professor Xosrov Mollah gözlədiyi araşdırmanın nəticəsi gəlməyincə, aldadıldığını anlayıb və polisə müraciət edib. Polis indi “o pulla ev almalıydım” deyən Mollahı aldadan şübhəlilərin axtarır.

azadliq.info
Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər