Bakıda yol polisi ağır qəza törətdi – Yaralılar var

Bakıda yol polisi ağır qəza törətdi – Yaralılar var

Bakıda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Sabunçu rayonu ərazisində, Ramana-Maştağa yolunda Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus 99 YP 504 nömrə nişanlı “BMW” ilə “QazEl” markalı, 99 KN 280 qeydiyyat nişanlı yük maşını toqquşub.

Qəza nəticəsində yol polisi avtomobilini idarə edən 31 yaşlı inspektor və yük maşınını sürən 51 yaşlı kişi müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

lent.az
Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər