“Hakimiyyətə gələndən sonra BVF rəhbərinə “daha Türkiyəni idarə edə bilməyəcəksiniz” dedik, “kreditimizi qaytarın” dedilər” – Ərdoğan BVF rəhbəri ilə Davosdakı məxfi görüşünün təfərrüatını açıqladı

“Hakimiyyətə gələndən sonra  BVF rəhbərinə “daha Türkiyəni idarə edə bilməyəcəksiniz” dedik, “kreditimizi qaytarın” dedilər” – Ərdoğan BVF rəhbəri ilə Davosdakı məxfi görüşünün təfərrüatını açıqladı

 “İkidə bir  “tək adam, tək adam” deyirsiniz. Mustafa Kamal Atatürkü təhqir edirsiniz, bunun fərqindəsinizmi? Mustafa Kamal İnönü ilə razılaşa bildimi? Razılaşmadı. İstefasını istədimi? İstədi. Bunu anladın.” 

Avropa.info xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “yox” cəbhəsində olan CHP-nin açıqlamalarına münasibət bildirərkən deyib. İstanbulda bir toplantıda çıxış edən Ərdoğanın çıxışından bəzi hissələri təqdim edirik.

“Allaha deyil, pula qul olanların yerlə yeksan olduğunu gördük. Pensilvaniyadakı məlum adamla bağlı onun tərəfdarlarının  dediklərini eşitdik. “O bizə şah damarınızdan daha yaxındır” dediklərini eşitdik. Bu şirkdir.

2002-ci ildən etibarən ölkəmizdəki səssiz inqilabın ən yaxın şahidləri buradakı dostlarımızdır. Hökumətə gələndə BVF ilə birgə idarə edilən bir ölkə təhvil aldıq. Davosda BVF-nin rəhbəri ilə danışdıq, “Siz pulu idarə edəcəksiniz, Türkiyənimi? Ölkəni biz idarə edirik” dedik. Dedilər ki, o zaman kreditlərimizi qaytarın. Qaytarırıq dedik, bitdi.

BVF-yə  borcu bitirdik, sonra onlar bizdən borc istədi. Bizə 5 milyard dollar borc verin dedilər. Məmurunun əmək haqqı ödənməyən bir ölkə vardı, hara əlimizi atsaq illərdir yığılmış problemlərlə qarşı-qarşıya qaldıq. Ölkəmiz bu dəhşətli mənzərədən xilas olduq. İqtisadiyyatı 3 dəfə böyütdük.

Qəndildəki, İmralıdakı  “xeyir” deyirsə bunlarla bərabər hərəkət etmək düşündürücüdür deyilmi?
Hər bir yarışın qalib gələn olduğu kimi bir də məğlub olanı var. Millətimiz varlanarkən birləri də xəyal qırıqlığı yaşayır. Son 14 ilin itirənləri kimlərdir? Bunların təsbitini yaxşı etməliyik. Millətin əməyinə qarşı olanlar itirdi. Çevrilişçilərin  hazırladığı konstitusiyalar tərəfindən qorunan  mərkəzlər də bu prosesdə itirəcək. Seçki yolu ilə hakimiyyətə gəlmək əvəzinə tanışlıqlarla  hakimiyyət xəyalları quranlar itirdi. Kürd qardaşlarımızın həyatlarını silahla qaraldan itirdi. Uzun illər bu ölkənin sərvətlərini sümürənlər itirəcək. Ona görə də var gücləri ilə hücuma keçiblər.

16 apreldə sadəcə idarəetmə sisteminin deyil, istədikləri kimi istifadə etdikləri nizamın dağılmaq üzrə olduğunu çox yaxşı bilirlər. İkidə bir  “tək adam, tək adam” deyirsiniz. Mustafa Kamal Atatürkü təhqir edirsiniz, bunun fərqindəsinizmi? Mustafa Kamal İnönü ilə razılaşa bildimi? Razılaşmadı. İstefasını istədimi? İstədi. Bunu anladın.  Arxasından İnönü gəldi. Yenə eyni şey. O da razılaşmadı. O proses də məhz bizə qədər gəlib çatdı . Mərhum Dəmirəl, Özal, Ərbakan, Türkeş  bu məsələdən rahatsız oldular. Möhsün Yazıcıoğlu  da rahatsız idi. Niyə? Bunu damdan düşən bilir. Düşməyən bilməz.

Qərb mediası  türkcə manjetlərlə açıq şəkildə “yox”  kampaniyası keçirir. Allaha şükür, türk dilini öyrənməyə başladılar. PKK terror təşkilatının 4 min 500 dosyesini Almaniyaya verdik, amma bizə yalan söylədilər, terrorçuları vermədilər. Bizə əba altından dəyənək göstərənlərə deyirəm ki, artıq o günlər geridə qaldı” deyə Ərdoğan çıxışı zamanı bildirib.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər