Serj Sərkisyan üçün şok: Levon Ter-Petrosyan “aprel müharibəsi”nə görə seçkinin təxirə salınmasını tələb etdi

Serj Sərkisyan üçün şok: Levon Ter-Petrosyan “aprel müharibəsi”nə görə seçkinin təxirə salınmasını tələb etdi

Ermənistanda keçiriləcək parlament seçkilərinə iki həftədən də az qaldığı bir ərəfədə hakimiyyətin əsas rəqiblərindən olan seçki bloklarından biri şok tələblə çıxış edib. Belə ki, təsisçilərindən biri eks-prezident Levon Ter-Petrosyan olan “Konqres-Ermənistanın Xalq Partiyası” bloku bir az öncə yaydığı bəyanatında aprelin 2-sinə təyin olunmuş seçkilərin təxirə salınmasını istəyib.

 

Musavat.com erməni mətbuatına istinadən xəbər verir ki, bu gün izdihamlı yürüş keçirən blok günün sonunda seçkilərin 9 apreldə keçirilməsi tələbini irəli sürüb. Yayılan bəyanatda deyilir ki, Ermənistan Milli Konqresi 21 yanvarda 2 aprelə təyin olunmuş seçkilərin 21-30 aprel tarixlərində keçirilməsi barədə təklif irəli sürsə də, bu, nəzərə alınmayıb. Blok hesab edir ki, seçkilərin tarixinin dəyişdirilməsi iki hala görə mühümdür: hüquqi və mənəvi aspektlərə görə. Müxalifət xatırladıb ki, parlament seçkisi aprel müharibəsində həlak olanların xatirə gününə salındığı üçün başqa günə keçirilməlidir. Konqres məsələnin Konstitusiya Məhkəməsinə çıxarılması üçün parlamentdə imza toplamağa cəhd göstərdiyini, ancaq yetərli sayda imza toplaya bilmədiyini də xatırladıb. Digər tərəfdən, xatırladıb ki, hakimiyyət siyasi qüvvələrin razılığı olduğu halda, seçki tarixini “bir neçə gün sonraya” keçirməyin mümkün olduğunu bildirmişdi.

 

“Aprel müharibəsinin qurbanları yalnız onların ailə üzvləri və yaxınlarına aid deyil. Bu gündə biz hamımız xatirə tədbirləri keçirməliyik. Amma həmin gün ölkədə ümumxalq seçkisi keçirilməsi səbəbindən, yumşaq desək, xatirə tədbirinin keçirilməsi əlverişsiz olacaq”,- bəyanatda deyilir.

 

Sonda “Konqres-Ermənistanın Xalq Partiyası” bloku seçkilərdə iştirak edəcək bütün partiya və blokları seçki gününün dəyişdirilməsi barədə razılığa gələrək hakimiyyətə 2 aprel seçkisinin 9 aprelə keçirilməsi barədə birgə müraciət etməklə bağlı çağırış edib.

 

Qeyd edək ki, “Erməni Milli Konqresi” və “Xalq Partiyası” blokunun seçki siyahısına birinci Ermənistan prezidenti Levon Ter-Petrosyan başçılıq edir. Siyahıda ikinci fiqur isə “Xalq Partiyası”nın sədri Stepan Dəmirçyandır.

 

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər