Pendir arıqlamağa kömək edir

Pendir arıqlamağa kömək edir

Son elmi araşdırmalar göstərib ki, pendir artıq çəkidən xilas olmağa kömək edir. Əvvəllər belə hesab olunurdu ki, pendir qanda xolesterolun səviyyəsini qaldırır.

Sağlamolun.azın məlumatına görə, orqanizmdə xolesterolun səviyyəsi yüksəldikdə ürək-damar sistemi xəstəliklərinin, infarkt və insultun riski də artır.

Lakin Dublin Universiteti alimləri araşdırmalar nəticəsində belə qərara gəliblər ki, pendir nəinki qanda xolesterolun səviyyəsini qaldırmır, hətta arıqlamağa da kömək edir.

İndependent xəbər verir ki, araşdırmada müxtəlif yaşlarda olan 1500 insan iştirak edib. Məlum olub ki, qidalanmada çoxlu süd məhsulları olan insanlarda bədən kütləsi indeksi, arterial təzyiq və orqanizmdə piyin faizi bu məhsulları yeməyən və ya az yeyən insanlarla müqayisədə daha aşağıdır.

Maraqlıdır ki, yağlılığı az olan süd məhsulları ilə qidalanan insanlarda yağlı süd məhsulları ilə (bunlara pendir də aiddir) qidalanan insanlarla müqayisədə xolesterolun səviyyəsi daha yüksək çıxıb. Əvvəllər mütəxəssislər məhz yağlılığı az olan süd məhsullarını qəbul etməyi tövsiyə edirdilər ki, bu məhsullar xolesterolun səviyyəsini qaldırmır.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər