Ermənistan parlamentinin fəaliyyəti iflic oldu

Ermənistan parlamentinin fəaliyyəti iflic oldu

Seçkilər səbəbindən onsuz da gərgin dövrünü yaşayan işğalçı ölkənin parlamentinin fəaliyyəti də iflic olub.

Musavat.com bununla bağlı erməni mətbuatına istinadən xəbər verir ki, martın 20-nə təyin olunmuş plenar iclas kvorumun olmaması səbəbindən baş tutmayıb.

Dörd günlük iclasın ilk toplantısını reallaşdırmaq üçün 66 deputatın iştirakı zəruri olsa da, parlament zalında cəmi 34 deputat gözə dəyib.

Parlament sədri Qalust Saakyan deyib ki, hələlik saat 15.00-dək qalan deputatları gözləməyi qərarlaşdırıb. Kvorum olacağı təqdirdə iclas baş tutacaq.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər