BƏƏ İsveçrədəki səfirini geri çağırıb

BƏƏ İsveçrədəki səfirini geri çağırıb

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Xarici İşlər Nazirliyi ölkənin İsveçrədəki səfiri Mayyu Cauxari Tisafini geri çağırıb.

APA-nın məlumatına görə, bu barədə “Gmireyts al-yaum” qəzeti məlumat yayıb.

Buna səbəb İsveçrənin BMT-də Bəhreyndə insan hüquqlarının pozulduğunu bəyan etməsi olub. Bəhreynin insan haqlarının qorunması sahəsində bir sıra addımlar atdığını vurğulayan BƏƏ xarici işlər nazirinin müavini Əbderrahim əl-Audi deyib ki, belə məsələləri ikitərəfli kanallarla müzakirə etməyə üstünlük vermək lazımdır, Bəhreynlə İsveçrə arasında da belə kanal yaradılıb. Ə. əl-Audi Bəhreynin təhlükəsizliyi və sabitliyinin BƏƏ-nin təhlükəsizlik və sabitliyi olduğunu vurğulayıb: “İsveçrə kimi bəyanatların verilməsi isə dağıdıcı və terrorçu fəaliyyətlərin həyata keçirilməsinə bəhanə yaradır. BƏƏ İsveçrənin bu məsələ ilə bağlı mövqeyinə yenidən baxmasını gözləyir”.

Qeyd edək ki, 2011-ci ildə Bəhreyndə Fars körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına üzv ölkələrinin dəstəyi ilə hökumət əleyhinə şiə qruplaşmaların etiraz aksiyaları yatırdılıb. 2014-cü ildə Bəhreyn paytaxtında təhlükəsizliyin qorunmasında iştirak edən BƏƏ polis zabiti də şiə qruplaşmalar tərəfindən öldürülüb.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər