Qərb mətbuatı Angela Merkeli azad dünyanın yeni lideri elan edib

Qərb mətbuatı Angela Merkeli azad dünyanın yeni lideri elan edib

Almaniya kansleri Angela Merkel Qərb mətbuatı tərəfindən bu gün azad dünyanın əsas simasına və baş qəhrəmanına çevrilib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Angela Merkelin son Vaşinqton ziyarəti onun bu statusunu medianın və siyasi ekspertlərin gözündə daha da möhkəmlədib.

“Angela Merkelin Vaşinqtonda Donald Trampın yanına getməsi onu ABŞ prezidentinin əsas siyasi rəqib kimi mövqelərini möhkəmlətdi”, -Almaniyanın Tagesspiegel qəzetində, Hans Monat və Tomas Zaybert tərəfindən qələmə alınan məqalədə belə yazılıb.

“İndən belə Merkel istəsə də, istəməsə də “Qərbin son ümidinə çevrilib”, ABŞ Dövlət Departamentinin ictimaiyyətlə əlaqələr üzrə keçmiş müavini Ceyms Rubin bildirib.

Amerikalı siyasətçinin fikrincə, ağılsız davranışları və sırf amerikan maraqlarına vurğu etməsi səbəbindən Tramp ABŞ-ı qismən dünya liderliyindən geri çəkib və indi bu rol Angela Merkelə qalıb.

“Yaxın aylarda o, azad ticarət, silahlanma və miqrasiya siyasəti kimi məsələlərdə ABŞ prezidenti ilə kəllə-kəlləyə gəlməli olacaq.

Elə Rubinin Politico.com saytında fikirlərinin əks olunduğu məqalənin adı da belədir: “Azad dünyanın lideri Trampla görüşdü”
Avropa qəzetləri də Ceyms Rubinlə eyni fikridədir.

Mətbuatın rəyinə görə, Tramp da Ağ Evdə keçirilən görüşdən sonra sanki ikinci rola düşdüyünü hiss edirmiş kimi pərtliyini gizlədə bilməyib və onun nümayişkaranə surətdə, hər kəsin önündə Merkelin əlini sıxmaqdan imtina etməsinin səbəbi də budur.

“Hər iki liderin vücud dili göstərdi ki, Tramp özünü Merkelin yanında zəif hiss edir”,- tibbi ekspert Coel Zilberman Attn saytına verdiyi müsahibədə qeyd edib. Onun sözlərinə görə, Ağ Evdə çəkilən foto dünyanın həqiqi başçısının kim olduğunu göstərib və Tramp burada qələbə qazanan tərəf deyil”.

Trampa qarşı hücum edən yalnız mətbuat deyil. Amerikanın bir sıra siyasətçi və ekspertləri hökumətin kursundan narazılıqlarını daha ucadan dilə gətirməyə başlayıblar. Demokrat partiyasından senator Kris Merfi belə gedərsə “ABŞ-ın dünyadakı avtoritetinin itirməsi nəticəsində gələcəkdə özünə müttəfiq tapa bilməyəcəyini” söyləyib.

ABŞ-ın məşhur diplomatlarından sayılan Nikolas Berns (Bill Klinton dövründə Ağ Evin sözcüsü olub-red.) isə Trampın Merkellə birlikdə təşkil edilən mətbuat konfransında Barak Obama tərəfindən dinlənilməsi barədə söylədiklərini “onun prezidentliyinin ən aşağı nöqtəsi” adlandırıb.

ABŞ-ın nüfuzlu Beynəlxalq münasibətlər şurasının prezidenti Riçard Haas da hökumətin proteksionizm və müttəfiqləri ilə mübahisəyə girmək siyasətinin Amerikanın bütün dünyadakı nüfuzunu aşağı salacağından ehtiyat etdiyi bildrib. Onu sözlərinə görə Trampın indiki mövqeyi ABŞ-ın ənənəvi siyasətinə uyğun gəlmir.

“Bütün bu siyasi siqnallar Avropanın siyasi və iqtisadi cəhətdən ən güclü dövlətinin başçısı Angela Merkeli Trampın əsas rəqibi mövqeyinə gətirib”, deyə o qeyd edib.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər