İŞİD silahlıları Qərbi Mosulda polis polkovnikini əsir götürüb

İŞİD silahlıları Qərbi Mosulda polis polkovnikini əsir götürüb

Qərbi Mosulda İŞİD silahlıları İraq polisinin polkovnikini əsir götürüblər.  

APA-nın xəbərinə görə, bu barədə Reuters agentliyi  İraq daxili işlər nazirliyinin rəsmisinə istinadən məlumat verib.   Adı açıqlanmayan yüksək rütbəli zabitlə birgə 8 polis əməkdaşının da əsir düşdüyü bildirilir.

Hadisənin təfərrüatları barədə məlumat verilmir.  Qeyd edək ki, Mosulun İŞİD-dən azad edilməsi əməliyyatı keçən ilin oktyabr ayında başlayıb.

Bundan əvvəl şəhərin şərq hissəsi terrorçulardan azad edilib. Bu ilin fevralında Mosulun qərbinin azad edilməsi üçün əməliyyat başlanıb.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər