Millət yunanları dənizə tökdü, İnönünün arvadı yunan nazirin qoluna girdi… Tarixçi Mustafa Armağandan sensasiyalı araşdırma (Fotofakt)

Millət yunanları dənizə tökdü, İnönünün arvadı yunan nazirin qoluna girdi… Tarixçi Mustafa Armağandan sensasiyalı araşdırma (Fotofakt)

CHP millət vəkili Hüsnü Bozqurd referendumdan “bəli” çıxarsa 15 iyulda böyük qəhrəmanlıq göstərən milləti “dənizə tökəcəyik” deyərək təhdid etmişdi. Bozqurd Atatürkçü olduqlarını və “yunanları dənizə tökdükləri kimi, referendumda “bəli” deyənləri də dənizə tökəcəklərini” demişdi.

Avropa.info xəbər verir ki, tarixçi yazar Mustafa Armağan bir müddət bundan əvvəl qalmaqallı tarixi həqiqəti üzə çıxarmışdı. Armağan İsmət İnönünün yunan veteranları fonduna 300 türk lirəsi hədiyyə etdiyini yazaraq əli qanlı yunan əsgərlərinin şəxsən Türkiyə Cümhuriyyətinin baş naziri tərəfindən mükafatlandırıldığını üzə çıxarmışdı.

Onun sözlərinə görə, İnönünün həyat yoldaşına Yunanıstanın baş naziri Venizelosun qoluna girməyə icazə verməsi də böyük müzakirələrə səbəb olmuşdu. CHP, konstitusiya dəyişiklikləri əsnasında “tək adamın idarəçiliyinə keçilir” ifadəsinə sarıldığı bir zamanda prezident Rəcəb Tayyib Ərdoğan da haqlı olaraq tək partiya dövründəki cinayətləri xatırladaraq bunları deyib:

“Tək adamın idarəçiliyi nə deməkdir? Əgər harasa baxmaq istəyirsinizsə öz keçmişinizə baxın. Bu ölkədə CHP vilayət sədrlərinin valilik, bələdiyyə sərdliyi etdiyi dövrləri bilirik. Əgər tək adamın idarəçiliyindən danışırıqsa tək adamın idarəçiliyi budur. Bir az da əvvələ qayıtsaq əsl tək adamın idarəçiliyini orada görərsiniz. Mən bu dəftərləri açmaq istəmirəm amma zamanı gəlincə lazım olsa açırıq.”

Tarixçi yazır ki, Ərdoğanın nəzərdə tutduğu şey, 1936-cı ilin ortalarında baş nazir İnönünün sərəncamı ilə partiyanın idarə heyətinin Daxili İşlər Nazirliyinin (Mason Şükrü Qayaya) tabeçiliyinə verilməsi və bütün vilayətlərdə valilərə CHP vilayət sədrliyi vəzifəsinin verilməsi hadisəsidir.

“Eyni sərəncamla ümumi müfəttişlər dövlət işləri yanında partiya fəaliyyət və təşkilatlarına da nəzarət edəcəkdilər. Beləcə Atatürkün ölümünə qədər davam edəcək olan partiya-dövlət inteqrasiyasının ilk addımı atılırdı. İkinci addım 5 fevral 1937-ci ildə reallaşdırılacaq olan “Altı Ok”un (CHP-nin siyasi proqramını təşkil edən altı əsasın) Konstitusiyanın prinsipləri halına gətirilməsi idi. Beləcə tək partiyanın prinsipləri dövlətin qanunları halına gətirilirdi. Bu partiya-dövlət inteqrasiyasının “gözəlliyini” Cümhuriyyət qəzetinin qurucusu Nadir Nadi dəstəkləyəcəkdi.

“CHP millət və məmləkətin ümumi həyatını əhatə etmək iddiasında olan bir partiya olduğu kimi (…) dövlət anlayışının qüvvələr birliyinə söykənir, bu anlayışın bütün qüvvələri, millətin əslinə çevirən monolit vətən düşüncəsindən qaynaqlanır. Məclis, Hökumət, partiya əsasən bir tək mənbənin nəticəsi olduqları halda, təşkilat etibarıyla ayrılıq zaman-zaman ortadakı birliyi pozan kimi görünür və yeni razılaşmalarla bu aradan qaldırılmışdır”” (Cümhuriyyət, 20 İyun 1936).

    Atatürk bacısı Makbule xanıma ada hədiyyə etdi.

Tarixçi yazır ki, “Tək adamın idarəsi”nə gedilir deyən CHP-nin əvvəl aynaya baxması və tarixində həqiqi tək adamın idarəçiliyini necə həyata keçirdiyini etiraf etməsi lazımdır. “Ərdoğanın vurğulayaraq ifadə etdiyini sözlərini yenidən diqqətinizə çatdırmaq istəyirəm. “Daha da geri getsəniz əsl tək adamın idarəçiliyini orada görərsiniz. Mən bu dəftərləri açmaq istəmirəm amma zamanı gəlincə lazım olsa açırıq.”

Təəssüf ki, bu dəftərləri açmaq istədiyimiz zamanı qovulduğumuz kəndlərin sayını unutduq. Bu millət o “dəftərlər”in açılmasını istəyir. Yalnız İnönünün tək idarəçilik dövrünə deyil, Mustafa Kamalın da tək idarəçilik dövrünə toxunmağı istəyir. Tək Partiya deyincə… Tək partiya dövrünün hesabı hələ aparılmayıb. Nə Mustafa Kamalın mal varlığı ortaya çıxarıla bildi, nə də digərlərinin.

İstəsəniz qısaca Atatürkün bacısı Makbulə xanımla bağlı qəzet xəbərlərinə göz ataq: Atatürkün bacısı xəzinə əleyhinə iddia açdı (Cümhuriyyət, 26 Dekabr 1954). Makbulə : “Atadanın miras qoyduğu 2 evin sənədi yoxdur” (Milliyyət, 4 May 1956). Atatürkə hədiyyə edilən adanı Makbulə xanım bələdiyyəyə satıb (Cümhuriyyət, 16 noyabr 1971). Makbulə xanımın boğazdakı villasının qarşısından çala-çuxurlu yol keçir (Cümhuriyyət, 10 oktyabr 1987). Makbulə xanım məclisdən vergidən azad edilməsini istəyir. (Cümhuriyyət, 3 oktyabr 2005). Bu xəbərləri alt-alta qoyduğunuz zaman Atatürkün bütün mal varlığını millətə miras qoyması ifadəsi iddiası da çökür.

Necə yəni? Makbule xanımın adası var imiş. Varmış, həm də Eğridir gölünün ortasındakı Can Adasını Atatürk bacısına bağışlayıbmış. O da pula ehtiyacı olanda adanı bələdiyyəyə satıbmış! Digər tərəfdən sən demə Atatürk fermasında bir ərazinin sənədini də bacısı Makbulə xanıma hədiyyə edibmiş. 1954-cü ildə qaldırdığı iddia isə öz payına düşən pulu almaq üçün imiş. İnsanın ağlı dayanır, amma təəssüflər olsun ki, bunların hamızı həqiqətdir. İndi 2-ci Dünya Müharibəsi illərində baş vermiş bir faciəni gündəmə gətirəcəyəm. Murad Metinsoyun əmək məhsulu çalışması, İkinci Dünya Müharibəsi dövrlərində Türkiyədəki yüzlərlə misaldan biridir.

“İşsiz olan və ya başını soxacaq bir evi olmayan kasıb insanlar sığınma problemini həll etmək və dolanışıq çətinliyindən xilas olmaq üçün kiçik cinayətlər işləyərək həbsxanaya girməyə çalışırdılar. Məsələn tramvayda oğurluq edərkən tutulan kasıb və işsiz Çopar Əhməd, çıxarıldığı məhkəmədə qış gəlincə kasıblığa, odun çətinliyinə, qida çatışmazlığına görə həbsxanaya girib rahatlamaq üçün tramvayda oğurluq etdiyini söyləyirdi (Vətən, 2 Dekabr 1943). “(İş Bankı: 2016, s. 241 ) Bir tikə çörək tapmaq və qışı keçirmək üçün həbsə girməyə razı olanları göz qabağına gətirdiyimiz zaman görərik ki, o illərdə kasıb ailələrin yetkin uşaqları yaşlarını böyüdərək hərbi xidmətə gedirdilər. Səbəb isə çox sadə idi: bir tiklə çörək tapmaq və adam kimi yaşaya bilmək. Bütün bu sadaladıqlarımız bəzilərinin “qızıl çağ” elan etdikləri tək partiya sistemi dövründən bir səhifədir. Millətin acından həbsxanaya girməyə can atdığı bir vaxtda İnönünün Taksim Meydanına qoyulacaq Roma generalı şəklindəki heykəli üçün Avstriyalı heykəltəraş Bellingə 1 milyon 300 min lirə ödəndiyini də yaddan çıxarmayaq. İndi ilk dəfə açıqlayacağam acı bir hadisə də var.

Bəlkə xatırlayarsınız! Bir neçə həftə əvvəl Atatürk dövründə Yunanıstana şirin görünmək üçün hansı güzəştlər verildiyini yazmışdım. Yunanısyanın baş naziri Venizelosun Ankaradakı bir toyda Afət İnanla, Atatürkün də xanım Venizelosla rəqs etdikləri fotoşəkil 7 il əvvəl can düşmənimiz olan yunan baş nazirin necə ərköyünləşdirildiyini göstərməyə kifayətdir. Hətta İnönünün 1931-ci ildəki səfər zamanı Mevhibe xanımı körpə qatilinin qoluna taxıb küçələrdə gəzdirdiyi fotoşəkili da unutmuruq. Əziz şəhidlərimizin sümüklərini sızıldadan bu görüntülərə bu gün yeni bir qalmaqalı da əlavə edirəm. Yunan baş nazir Venizelosun, İnönünün həyat yoldaşı Mevhibə xanımla qol-qola gəzməsi müzakirələrə səbəb olmuşdu. Cümhuriyyət qəzetinin 6 mart 1933-ci il tarixli sayında dərc olunan xəbəri oxuyaq: “Afinanın Türkiyə səfiri Enis (Tulça) bəy bu gün yunan xarici işlər nazırı Mihalokopulosu ziyarət edərək İsmət Paşanın yunan əlillər fonduna 300 türk lirəsi hədiyyə etdiyini bildirmişdir. Mihalokopulos İsmət paşa həzrətlərinin bu nəzakətinə hərarətlə təşəkkür etmiş… ”

Yaxşı bəs bu əlillər görəsən hansı döyüşlərdə yaralanıblar? Türk əsgərinə qarşı döyüşəndə, Anadolunu yandırıb yaxarkən, gənc qızımızı kirlədərkən, 30 min qadını dul qoyarkən, anasının qarınındakı körpələri belə gözünü qırpmadan süngülərkən! Yenə sayaq? Yəni İnönü, 10 il öncə bizə qarşı döyüşən əli qanlı yunan əsgərlərinə mükafat vermişdir ey millətim! Həm də baban, nənən yeniyetmə uşaq ikən boğazından kəsilən pullarla!

Və altında bir başqa mövzu: İsmət paşa körpələr evini ziyarət etmiş. Etmiş və 300 lirə də orayamı bağışlamış? Xeyr! Sadəcə uşaqların başlarını sığallamışdır. “Bu dəftərləri açmaq istəmirəm amma zamanı gəlincə lazım olsa açırıq.”

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər