Sahibkar qiymət siyasətində ilk növbədə əhalinin alıcılıq qabiliyyətini nəzərə alır – Araşdırma

Sahibkar qiymət siyasətində ilk növbədə əhalinin alıcılıq qabiliyyətini nəzərə alır – Araşdırma

Azərbaycan iqtisadiyyatı müstəqillik illərində bir çox dəyişiklərə uğradı. Müstəqilliyin ilk illlərində baş vermiş çətinliklərə baxmayaraq, son illərdə iqtisadiyyat davamlı şəkildə və iri templərlə inkişaf edərək dünya iqtisadiyyatında ən yüksək templərlə inkişaf etmiş iqtisadi modelə çevrilib. 

Azərbaycanda formalaşmış iqtisadi model bir çox dünya ölkələrinə nümunə olmaqla yanaşı, həmçinin öz sosialyönümlülüyü ilə fərqlənir. Belə ki, dövlətin həyata keçirdiyi iqtisadi addımlar ilk növbədə əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəlib.

İqtisadi göstəricilər

Ümumi daxili məhsulun (ÜDM) dinamikası son 10 ildə ölkə iqtisadiyyatının 7 dəfədən çox  artdığını göstərir. Bu müddət ərzində adambaşına düşən ÜDM isə təxminən 6,7 dəfə artıb.  2008-2013-cü illərdə ÜDM-in artımında qeyri-neft sektoru aparıcı rol oynayıb və 2010-cu ildən etibarən neft sektorunda azalmaya baxmayaraq, ölkə iqtisadiyyatı artım tempini qoruyub. Həyata keçirilən iqtisadi siyasət nəticəsində əhalinin gəlirləri təxminən  6 dəfə artaraq  2012-ci ildə 34,7 milyard manat olub. Bu müddət ərzində sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər 9 dəfə, mülkiyyətdən gələn gəlirlər 45 dəfə, işçilərin əmək ödənişləri isə təxminən 7 dəfə artıb. Yoxsulluğun səviyəsi 49 faizdən 6 faizədək azalıb. Sahibkarlıq fəaliyyətindən və mülkiyyətdən gələn gəlirlərin sürətlə artması bazar iqtisadiyyatı sisteminin formalaşdırılması və özəl mülkiyyətin əsaslarının möhkəmləndirilməsi fonunda baş verib.

Baş verən iqtisadi sıçrayış Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına intiqrasiyasını təmin edib, idxal-ixrac əməliyyatlarının da yüksək templərlə artımına səbəb olub. Əgər bir neçə il öncə Azərbaycan dünyada ancaq neft ölkəsi kimi tanınırdısa, hazırda xarici ticarət əməlliyatlarında qeyri-neft məhsullarının payı kifayət qədər yüksəkdir.  İqtisadi artım ölkədə sağlam sahibkarlıq mühitinin formalaşdırılmasına səbəb olub.

Müstəqillik əldə etdikdən sonrakı dövrdə Azərbaycanda sahibkarlığın inkişafını şərti olaraq 3 mərhələyə bölmək olar-1993-cü ilə qədər olan mərhələ, 1993 – 2002-ci illərdə ikincı mərhələ və 2002-ci ildən sonrakı mərhələ.

Son mərhələdə “Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)” ölkədə sağlam sahibkarlıq mühiitinin formalaşmasına,  bu istiqamətdə həyata keçirilən dövlət tədbirlərinin sistemliliyinin təmin edilməsində mühüm rol oynayaraq ölkədə sahibkarlığın inkişafına böyük təkan verib.

Ümumi baxış

Bu gün Azərbaycanda köklü sahibkarlıq var və bu sahibkarlığıninkişafına dəstək vermək üçün dövlət tərəfindən müvafiq  qanuni baza yaradılıb və bu məsələ daim dövlət başçısının diqqət mərkəzindədir. Lakin bütün bu proseslərdə çatışmayan məqamlar var. Burada daha çox  əhalinin az məlumatlı olmasını qeyd etmək olar. Yəni həm sahibkarlar, həm dövlət öz işini görür, amma əhali bəzən ya tam xəbərsiz, ya natamam məlumatlı, ya da neqativ məlumatlı olur. Bu da öz növbəsində sahibkarlara qarşı fərqli düşüncənin formalaşmasına səbəb olur. Hər bir neqativ məlumat dövlətin nəzarət strukturlarının reaksiyasına səbəb olur və müvafiq olaraq əlavə gərginlik yaradır. Azərbaycan höküməti planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçidi seçib və bu növ iqtisadi münasibət  qiymətlərin  və keyfiyyətin bazar tərəfindən tənzimlənməsi deməkdir.

Son zamanlar əhalini narahat edən ən vacib məsələlərdən biri istehlak mallarının qiymət artımı tendensiyasıdır.  Əslində bu tendensiyanın iqtisadi əsaslandırması var, belə ki, bunun əsas səbəbi milli valyutanın iki dəfə devalvasiyaya uğramasıdır. 2015-ci ildə tətbiq edilmiş iki devalvasiya prosesi  və daha sonra üzən məzənnəyə keçıd istehlak mallarının böyük qisminin idxal olunması fonunda, qiymətlərə də təsirsiz qala bilməzdi.

Reallıq

Hazırda 1 dolların qiyməti 1,75 manat təşkil edir, lakin devalvasiyadan öncə- 2014 ildə bu rəqəm cəmi 0,78 manat, 2015-ci ildə 1,05 manat, 2016 ildə 1,55 manat və hazırda 1,75 manat təşkil edir, yəni dolların məzənnəsi Azərbaycan manatına qarşı 124% artıb. Bu artım qarşısında istehlak mallarının qiymətinin artması da normaldır və real iqtisadi əsaslandırması var.  Təbii ki, devalvasiya sahibkarlardan yeni şəraitə uyğunlaşmağı da tələb edir.  Bütün bunlara baxmayaraq, əhali arasında sahibkarlara, əsasən də istehlak mallarını əhaliyə çatdıranlara qarşı neqativ fikir formalaşıb. Burada əhalinin ən çox verdiyi sual isə belədir:“Niyə xarici valyutanın məzənnəsi dəyişir, amma istehlak mallarının qiyməti ancaq artır?!”…

Azad bazar iqtisadiyyatında, qiymət artımı həm də bazarda sağlam münasibətlərin və rəqabətin formalaşmasının sübutudur. Bazara təqdim olunan istehlak mallarının böyük hissəsi idxal olunur və qiymət tərkibinin  75% malın maya dəyərini təşkil edir.  Bütün bunlara baxmayaraq, bazarda deyildiyi kimi şişirdilmış və süni qiymət artımı yoxdur.  Buna sübut kimi isə istehlak səbətinə daxil olan əsas malların qiymətini nəzərdən keçirmək olar:

İdxal olunan məhsulun adı 2014 ildə ortalama rəf qiymətləri 2015 ildə ortalama rəf qiymətləri 2016 ildə ortalama rəf qiymətləri 2017 ildə ortalama rəf qiymətləri
Yumurta 0.08 0.11 0.12 0.08
Toyuq 2.20 2.50 3.50 3.80
Şəkər tozu 0.78 0.80 1.10 1.25
Un 0.90 1.00 1.30 1.40
Kərə yağı 6.00 7.00 10.90 12.80
Çay 1.70 1.70 1.90 2.00
Qarabaşaq 1.25 1.40 2.00 1.70
Mayonez 2.97 2.97 3.40 3.40
Makaron 0.78 0.92 1.02 1.08

Cədvəldə göründüyü kimi, dollarin qiymətinin 124% artması fonunda, istehlak mallarının belə differensiyalaşdırılmış və devalvasiyanın səviyyəsindən aşağı səviyyədə saxlanılması bazarda kifayət qədər şəffaf və sağlam rəqabət münasibətlərinin formalaşması deməkdir. Belə ki, 124%-lik artım fonunda bütün malların qiyməti ortalama 93% artmalı idi. Şirkətlərin qiymət siyasətinə həm də alıcıq qabiliyyətinin stabil olması amili də təsir edib.  İstehlak mallarının satışı ilə məşğul olan şirkətlər hətta gündəlik istehlak səbətinə daxil olan mallardan mənafe güdmür və bu dünya təcrübəsində qəbul olunmuş sosial siyasətdir.

Dövlət-sahibkar

Qiymətlərin bu formada saxlanılması həmçinin dövlət-sahibkar münasibətlərinin effektivliyinin sübutudur. Dövlət başçının yürütdüyü sosial-iqtisadi siyasət həm sahibkarların, həm də əhalinin mənafeyinin eyni qaydada qorunmasını təmin edir. Bu da o deməkdir ki, sahibkarlar ölkəyə əhali üçün çatdıralacaq mallara qiymət siyasətində çox ehtiyyatlı davranır və dövlətin iqtisadi-siyasi kursuna layiq olmağa çalışırlar. Çünki əks tədbirdə dövlətin nəzarət funksiyaları işə düşür və bu da sahibkarların bazardan çıxarılmasına belə gətirib çıxara bilər.

Fəaliyyət göstərən şirkətlər hazirki çağırışlara cavab vermək və bazarda mövqeyini itirməməmək üçün həm də daha peşəkər fəaliyyət göstərməyi, yəni mütəmmadi olaraq marketinq araşdırmalar aparır, korporativ idarəetmə prinsiplərini təkmilləşdirir.  Bazarda sahibkarlara mane ola biləcək inhisarçılığın da olmaması əlavə rüsum və vergilərin ləğv olunması şirkətlərin strukturunun nə qədər effektiv olub-olmamasını üzə çıxarır.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər