Atatürk parlamentdə onun istədiyi qanun keçməyincə millət vəkillərini başlarını kəsməklə necə təhdid etdi? – Tarixi fakt

Atatürk parlamentdə onun istədiyi qanun keçməyincə millət vəkillərini başlarını kəsməklə necə təhdid etdi? – Tarixi fakt

Türkiyədə baş tutan parlament seçkilərində “Evet” blokunun qalib gəlməsindən sonra, “hayır” tərəfdarları parlamentar sistemdən prezident üsul-idarəsinə keçilməklə, demokratiyanın, Atatürkçülüyün məhvə doğru getdiyini bildirirlər. “Evet” tərəfdarları isə “hayır”çıları milli iradəyə hörmət etməyə çağıraraq, bunun əksini iddia edir.

Avropa.info xəbər verir ki, xüsusən liberal-demokratların “evet” çıxması ilə Türkiyədə Atatürkün qurduğu demokratik sistemin məhv olduğunu iddia etmələri suallara səbəb olur. Təbii ki, tarixi şəxsiyyətlərə münasibət heç bir zaman birmənalı olmur. Lakin, Mustafa Kamal həqəqətənmi demokrat olub? Atatürk zamanda baş vermiş, bu günə qədər də mübahisələrə səbəb olan edamlara, CHP-nin ölkəni təkpartiyalı sistemlə idarə etməsinə filana toxunmadan, heç bir şərh vermədən, bir faktı oxucuların diqqətinə çatdırmaq istəyirik.

 Mustafa Kamal Atatürk millət vəkillərini başlarını kəsməklə necə təhdid etdi?

Mustafa Kamalın 1919-27-ci illər arasında etdiyi çıxışların topluluğu olan və o zamanın Mədəniyyət Nazirliyi tərəfindən toplanaraq 900 səhifəlik kitab halına salınan “NUTUK” adlı kitabda maraqlı faktlara rast gəlmək mümkündür.

30 oktyabr 1922-ci ildə  Türkiyə Böyük Millət Məclisinin iclasında bir qanunun müzakirəsi zamanı qalmaqal yaşanır. Millət vəkillərinin çoxu parlamentə təqdim olunan qanun layihəsini qəbul etmək istəmirlər. Bundan sonra, parlamentin iclasına Mustafa Kamal Atatürkün qatılması üçün fasilə verilir. Sonrakı iclasda parlamentə gələn Atatürk belə bir çıxış edir:

“Burada bu qanun müzakirə edilib, qəbul olunsa, fikirimcə müvafiq olar. Əks təqdirdə bu qanunu məhkəmələr çərçivəsində də biz keçirə bilərik. Lakin, ehtimal ki, bundan sonra burada bəzi başlar kəsiləcəkdir.”

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər