Keşmiş məhbus sensasion bəyanatla AXCP-dən istefa verdi – “AXCP Azərbaycan bayrağını söyən iranmeyillilərlə birlik qurub…” (Foto)

Keşmiş məhbus sensasion bəyanatla AXCP-dən istefa verdi – “AXCP Azərbaycan bayrağını söyən iranmeyillilərlə birlik qurub…” (Foto)
Keçmiş məhbus, prezidentin son əfv fərmanı ilə azadlığa çıxmış AXCP üzvü Elvin Abdullayev təmsil olunduğu partiyadan istefa verib.
Avropa.info xəbər verir ki, bu haqda Elvin Abdullayevin yaydığı bəyanatda bildirilir.
Keçmiş AXCP üzvü istefa vermə səbəbini təmsil olunduğu partiyanın İranmeyilli xətt yürütməsi və təşkilatda azad fikirin boğulması ilə əlaqələnidirib. 
“Bu gündən üzvü olduğum Azərbaycan Xalq Cəbhəsi Partiyasından istefa verdiyimi bəyan edirəm.Bundan sonrakı siyasi fəaliyyətimi Müsavat Partiyası sıralarında dəvam etdirmək istəyirəm.Bu fikirə gəlməyimə bir çox səbəblər var.
1.Partiyada fərqli fikir səsləndirənlərə qarşı partiya rəhbərliyinin göstərişi amansız hücumlar edilir.Hərdən bu hücumlar təhqir səviyyəsinədə olur.Hətta adama xain,satqın deməkdən belə çəkinmirlər.
2.Partiya arxada “dindarlardan istifadə etməliyik” xəttini tutaraq İranmeyillilərlə birlik təşkil olunur.Bu siyasətə qarşı gəlib fikir bildirdikdə isə adamı xain,agent və satqın elan edirlər.
3.Mənim bunlara qarşı olmağımın əsas səbəbləri isə həbsxanada, 6 saylı cəza çəkmə müəssisəsinin karantinində 11 gün birlikdə olduğum İranmeyillilərin liderlərindən biri Abgül Süleymanovun şəxsən mənə “Azərbaycan tağut dövlətidir”,”sizin ideologiyanız olan Müsavatçılıq ideologiyasında haram olan Qərb demokratiyası və haram olan Türkçülük var” deməsidir.14 saylı Cəza Çəkmə Müəssisəsindədə eyni hallarla rastlaşdım.Əksəriyyəti Xamneyinin,Hizbullahın,Hacı Abgülün,Hacı Talehin tərəfdarı olan bu adamlar hətta Azərbaycan Bayrağını söyməkdən,ona tağut bayrağı deməkdən və “onun yerinə qara bayraq olacaq” deməkdən belə çəkinmirdilər.
Mənim bu mövzuda onlarla bir çox mübahisələrim oldu. Bunları nəzərə alaraq qərara aldım ki mən bu düşüncəni daşıyan insanlarla və onlara açıq dəstək verən insanlarla bir sırada ola bimərəm” deyə Elvin Abdullayev bəyanatında qeyd edib.
Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər