Almaniyanın “Deutsche” Bankından investorlara sensasiyalı çağırış: “Təcili türk lirəsi alın, çox güclənəcək”

Almaniyanın “Deutsche” Bankından investorlara sensasiyalı çağırış: “Təcili türk lirəsi alın, çox güclənəcək”

Almaniyanın “Deutsche” Bankı türk lirəsi ilə bağlı sensasiyalı iddia ilə çıxış edib.

Avropa.info xəbər verir ki, bank türk lirəsinin hazırda ucuz olduğunu və yaxın perspektivdə dəyər qazanmasını gözlədiklərini qeyd edərək, iş adamlarına Türkiyə pulunun alınmasını tövsiyyə edib.

“Deutsche” Bankının dünən yaydığı hesabatda dolların qiymətinin enəcəyi və yaxın 3 ay müddətində türk lirəsinin güclənəcəyi bildirilir.

Bank bu tövsiyəsinə səbəb kimi güclü qlobal böyümə, Çində sabitlik, ABŞ dollarının zəifləməsi, azalan ticarət müharibəsi riski və Trampın inflyasiya siyasətlərində qeyri-müəyyənliyi göstərib.

“Deutsche” Bank  bu mühitin üstünlüyündən istifadə etmək istəyən investorlar üçün potensial pul vahidlərindən birinin türk lirəsi olduğunu vurğulayıb.

Hesabatda türk lirəsinin hazırda dünyada ucuz pul vahidi olduğuna işarə edən bank, kapital axını dinamikasına görə Türkiyə iqtisadiyyatının gücləndiyini, bununla paralel olaraq türk lirəsinin də güclənəcəyini qeyd edib.

Digər tərəfdən İsveçrənin “Credit Suisse” şirkəti də 3 ay müddətində dolların türk lirəsinə olan nisbətinin 3,80-dən 3,63-ə enəcəyini bəyan edib.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər