Rusiya Şimali Koreya ilə sərhədinə ordu yeritdi

Rusiya Şimali Koreya ilə sərhədinə ordu yeritdi

Rusiya Şimali Koreya ilə olan 17 km-lik sərhədinin möhkəmləndirilməsinə başlayıb.

Avropa.info xəbər verir ki, ruslar ABŞ-ın bu ölkəyə zərbə endirməsi nəticəsində qaçqın axınının Rusiyaya tərəf  istiqamətlənəcyindən qorxurlar. Dəmir yollarına yüklənilmiş hərbi texnika Xabarovskdan Primorksa tərəf irəliləyib. Sərhəd zonasına vertolyotlar və zirehli texnika da göndərilib.

Şərqi hərbi dairəsindən bildiriblər ki, həmin rayonlara hərbi texnikanın atılması təlimlərlə bağlıdır. Lakin ekspertlər hərbi fəallığı KXDR sərhədində yarana biləcək gərginliklə əlaqələndirirlər.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər