“Türkiyə vergini ləğv etməsə, heç bir sanksiyanı ləğv etməyəcəyik” – Medvedevin müavini

“Türkiyə vergini ləğv etməsə, heç bir sanksiyanı ləğv etməyəcəyik” – Medvedevin müavini

Türkiyə Rusiyadan aldığı buğdaya tətbiq etdiyi vergini götürmədən bu ölkəyə tətbiq etdiyimiz heç bir sanksiyanı götürməyəcəyik.

Avropa.info xəbər verir ki, bu açıqlama ilə Rusiya baş nazirinin müavini Arkadi Dvorkoviç çıxış edib.

“Buğda üçün tətbiq edilən məhdudiyyətlər götürülmədən biz tərəfdən heç bir addım atılmayacaq. Buğda qadağası götürülmədən hər hansı bir sanksiyanı ləğv edəcəyimiz ehtimalı yoxdur. Əgər buğda ilə bağlı qadağalar ləğv edilərsə, razılığa gələ biləcəyimiz bir neçə məqam var” – Dvorkoviç belə deyib.

Xatırladaq ki, Türkiyə vergisiz taxıl məhsulları idxalına icazə verdiyi ölkələr siyahısından Rusiyanı 15 martda çıxarmışdı. “Kommersant” qəzeti bu addımı Rusiyanın Türkiyədən pomidor idxalına qoyduğu qadağaya cavab olduğunu yazmışdı.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər