İrəvanda etiraz aksiyası – Aksiyaçılar baş nazirin aşağı düşüb cavab verməsini tələb etdilər

İrəvanda etiraz aksiyası – Aksiyaçılar baş nazirin aşağı düşüb cavab verməsini tələb etdilər

Bu gün onlarla adam İrəvanda hökumət binası qarşısında toplaşaraq etiraz aksiyası keçiriblər.

Avropa.info xəbər verir ki, hökumətin apardığı vergi siyasətindən narazı olan bazar alverçiləri baş nazir Karen Karapetyanla görüş tələb ediblər. Ticarət adamları vergi orqanlarının bazarlarda axtarış aparmasından, müştərilərə kassa aparatı çekinin təqdim edilməsi məcburiyyətindən şikayət ediblər.

Etirazçılardan biri hökumətin onları rahat buraxmasını tələb edib.

Etirazçıların qarşısına hökumət aparatının şöbə müdiri Aleksandr Kazaryan çıxıb. O, etirazçılara təklif edib ki, baş nazirlə görüşmək üçün aralarından 10 nəfərlik qrup seçsinlər. Aksiyaçılar bu təklifi rədd edərək baş nazirdən aşağı düşməsini və onlara qulaq asmasını tələb edib.

Dövlət Gəlirləri üzrə Komitə isə öz növbəsində deyib ki, bazar alverçilərin etirazı kənardan istiqamətləndirilir.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər