Ərdoğanın AKP-dəki fəaliyyəti fotolarda

Ərdoğanın AKP-dəki fəaliyyəti fotolarda

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün təntənəli mərasimlə qurucusu olduğu AKP-ə yenidən üzv olacaq.

Avropa.info saytı prezident Ərdoğanın 14 avqust 2001-ci ildə dostları ilə birgə qurduğu Ədalət və İnkişaf Partiyasında 13 illik siyasi karyerasının fotolarını təqdim edir:

14 avqust 2001-ci ildə AKP-nin sədri seçildi. Partiya 2002-ci ildə keçirilən parlament seçkilərində 363 deputat yeri ilə tək başına iqtidar oldu.

Üzərində olan məhkəmə qərarı səbəbi ilə 2002-ci il seçkilərində deputat seçilə bilməyən Ərdoğan 9 mart 2003-cü ildə Siirt vilayətində keçirilən təkrar parlament seçkisində namizədliyini verdi.

Bu seçkidə səslərin 85%-ni alaraq Siir millət vəkili kimi parlamentə daxil oldu.

Parlamentin iclasına gələn Ərdoğanı AKP üzvləri ayaqda alqışladılar.

Yeni seçilmiş millət vəkili kimi and içdi.

Ərdoğan baş nazir vəzifəsini o dövrün baş naziri Abdullah Güldən təhvil alır.

Baş nazir Ərdoğan CHP sədri Dəniz Baykal və Baş Qərargah rəisi Hilmi Özköklə söhbət edir.

2004-cü il. Baş nazir Ərdoğan Dəniz Baykala bir bardaq su uzadarkən.

2004-cü il. Ərdoğan dünya liderləri ilə bir arada.

2005-ci il. Corc Buşla bir saatlıq görüş.

2006-cı ildə baş nazir Ərdoğan Qarsda keçirilən qış təlimlərinə qatıldı. Baş Qərargah rəisi, ordu generalı Hilmi Özkök tərəfindən qarşılandı.

2006-cı ildə Yunanıstanda keçirilən Cənub-Şərq və Avropa Əməkdaşlığı sammitinə qatıldı. Dövlət və hökumət başçılarının dayanacağı yeri göstərən hissədən yerdəki türk bayrağını qaldırdı.

2007-ci il. Prezident Gülün andiçmə mərasimi.

2008-ci ildə Baş Qərargah rəisi vəzifəsini təhvil alan ordu generalı İlker Başbuğun prezident Gül və baş nazir Ərdoğanla görüşü.

2008-ci il. Ərdoğan Krırıkkaledə fəhlələrlə iftar açarkən.

2009-cu il. Ərdoğan qəzet manşetləri ilə parlamentdə çıxış edərkən.

29 yanvar 2009-cu il. Davos sammitində iştirak edən baş nazir Ərdoğan İsrail prezidenti Şimon Peresə “one minute” çıxışı edərək zalı tərk edir.

4 noyabr 2008-ci il. Ərdoğan ABŞ prezidenti Barak Obama ilə Ayasofya muzeyində.

2009-cu ildə bələdiyyə seçkilərindən sonra Ərdoğan Nazirlər Kabinetinin yeni tərkibini təqdim edir.

2009-cu ildə prezident Obama ilə Ağ Evdə görüş.

2010-cu il. Konstitusiya dəyişikliklərinin təklif və təsdiq prosedurasını izləyən Ərdoğan səhərə qədər iş otağında çalışdı.

2010-cu il. Terrorçularla atışmanın baş verdiyi sərhəd bölgəsinə getdi.

2011-ci ildə AKP-nin 2023 hədəflərini açıqlayarkən.

2011-ci il. Parlament seçkilərində qələbə münasibəti ilə balkon nitqi deyərkən.

2011-ci il. 61-ci hökumətin tərkibi açıqlanır.

2011-ci il. Baş nazir Ərdoğan xanımı Əminə Ərdoğanla Somalinin paytaxtı Moqadişuda qaçqın düşərgəsini ziyarət edərkən.

2011-ci il. Baş nazir Ərdoğan anası Tənzilə Ərdoğanın cənazə namazını qılarkən ağlayır.

10 avqust 2014-cü ildə Türkiyə siyasi tarixində ilk dəfə xalq tərəfindən prezident seçilən Ərdoğan prezidentliyi Abdullah Güldən təhvil alır.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər