“Erməni-rus qoşun qruplaşmasını Qarabağa yeritsəm Putin mənə dayan əmri verə bilməz” – General Makaryan

“Erməni-rus qoşun qruplaşmasını Qarabağa yeritsəm Putin mənə dayan əmri verə bilməz” – General Makaryan

Ermənistan-Rusiya birgə qoşun qruplaşması Qarabağda vəziyyətin gərginləşməsi halında ləngimədən tətbiq edilə bilər.

Belə bəyanatla həmin qoşun qruplaşmasının komandanı, Ermənistan ordusunun general-mayoru Andranik Makaryan keçirdiyi mətbuat konfransında çıxış edib.

Eyni zamanda Ermənistan ordusunun Naxçıvan və Türkiyə ilə sərhəd istiqamətinə cavabdeh olan 4-cü ordu korpusunun komandanı olan general Makaryan bildirib ki, Ermənistan-Rusiya birgə qoşun qruplaşmasının komandanı həm dinc, həm hərbi dövrdə Ermənistan silahlı qüvvələrinin sıralarından təyin ediləcək. Çünki bu, birgə qoşun qruplaşmasının yaradılmasına dair müqavilədə əksini tapıb.

“Məruzə edirəm ki, 30 noyabr 2016-cı ildə imzalanmış Azərbaycan-Rusiya razılaşmasına əsasən qruplaşma birləşmiş qoşun qruplaşmasının komandanı Ermənistan silahlı qüvvələrinin Ali baş komandanının əmri ilə Rusiya silahlı qüvvələrininA baş komandanı ilə razılaşdırılmaqla təyin olunur”-general Makaryan bildirib.

O, əlavə edib ki, birgə qoşun qruplaşması müstəsna olaraq Ermənistan silahlı qüvvələrinin Ali baş komandanının əmri əsasında hərəkət edəcək. “Çünki razılaşmada belə yazılıb. Qruplaşma Ermənistanın sərhədlərinin və regionun təhlükəsizliyinin təmin edilməsi üçün yaradılıb”-erməni general razılaşmanın müddəalarından sitat gətirərək deyib.

Jurnalistlər sual veriblər: bəs Qarabağda vəziyyət gərginləşərsə Ermənistan-Rusiya birgə qoşun qruplaşması müdaxilə edə bilərmi? General Makaryan bildirib: “İstənilən təhdid zamanı ləngimək olmaz”. Bu zaman jurnalist dəqiqləşdirici sual verib: “Ola bilərmi ki, Rusiya prezidenti Vladimir Putin sizə hücum etməmək barədə əmr versin?”.Xeyr, belə əmr verə bilməz”-Makaryan özündən razı halda vurğulayıb.

General Makaryanın bildirdiyinə görə, Ermənistan-Rusiya qoşun qruplaşması Türkiyə tərəfdən yönələ biləcək təhdidləri də neytrallaşdırmağa hazırdır.”Əgər Türkiyə istiqamətindən təhdid yaranarsa biz hərəkətə keçəcəyik. Çünki sənəddə belə yazılıb”-o deyib.

Ermənistan-Rusiya birgə qoşun qruplaşmasına Ermənistan ordusunun 4-cü korpusu, Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının qoşunları və İrəvandakı Erebuni aviabazası daxildir. Bu qruplaşmanın yaradılmasında məqsəd Ermənistanın sərhədlərinin təhlükəsizliyini qorumaq olduğu açıqlanmışdı, Rusiya tərəfdən danışanlar deyirdilər ki, qruplaşma Qarabağ münaqişəsi zonasında mümkün eskalasiyaya qarışa bilməz. Lakin indi həmin qruplaşmanın komandanı əminliklə, əlinin altındakı sənədə istinadla deyir ki, erməni-rus qoşun qruplaşması Qarabağa da müdaxilə edə bilər. Özü də Putinin general Makaryana bunun əksini etmək barədə əmr vermək icazəsi də yox imiş…

virtualaz.org

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər